Bəbir

Mənbə: WWF Azerbaijan

Başlıq: Bəbir

Ordubadda qar örtüyü altından bəbir cəsədi tapılıb

Heyvanın təbii amillər səbəbindən öldüyü bildirilir

Ordubad rayonu ərazisində dəniz səviyyəsindən 1915 metr hündürlükdə qalın qar örtüyü əridikdən sonra yarıçürümüş halda bəbir cəsədi aşkar olunub.

Ümumdünya Təbiəti Mühafizə Fondunun yaydığı məlumata görə, hadisə yerinə Naxçıvan Muxtar Respublikasının təbiəti mühafizə və hüquq-mühafizə orqanlarının əməkdaşkarı gəliblər. İlkin müayinələr zamanı güllə yarası aşkar edilməyib. Yumşaq toxumalardan analiz üçün nümunələr götürülüb və bəbirin ölümünün səbəbi təbii amillər, xüsusən də qar uçğunu, olduğu nəticəsinə gəlinib.

“Heyvanın cəsədi təbii parçalanma prosesi bitdikdən sonra skelet formasında saxlanılacaqdır. Hadisə yerində olan dövlət təmsilçiləri cəsədin baş və pəncələrini təsadüfi adamlar tərəfindən aparılmasın deyə artıq götürüblər və gələcəkdə bütöv skeletə əlavə ediləcəkdir”, - deyə məlumatda deyilir.

Həmin heyvanın əvvəllər fondun kameralarına düşmədiyi bildirilir:

“Təəssüfedici xəbər də odur ki, tələf olan fərd dişi imiş və yerli populyasiyanın inkişafında əsaslı rol oynaya bilərdi”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ltzmcc

Ən çox baxılan