Akademik Milli Dram Teatrı

Mənbə: https://iticket.az/az/

Başlıq: Akademik Milli Dram Teatrı

Onlayn tamaşalar

Bütün tamaşalar teatrın “Facebook” səhifəsindən yayımlanacaq

Akademik Milli Dram Teatrında bu ayın sonuna kimi bir neçə tamaşanın onlayn nümayişi gözlənilir.

Yanvarın 17-də şair Mikayıl Müşfiqin xatirəsinə ithaf olunmuş “Ah, bu uzun sevda yolu” tamaşası göstəriləcək. Səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir. Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları xalq artisti Hacı İsmayılov, əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcək.

***

Yanvarın 20-də teatrda “Qarabağnamə” tamaşası göstəriləcək. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Tamaşa 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunub. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

***

Yanvarın 30-da teatrda yazıçı Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanının motivləri əsasında hazırlanan “Qətibə İnanc” tamaşası təqim olunacaq. Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyovdur. Səhnə əsəri Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir.

Bütün tamaşalar teatrın “Facebook” sosial şəbəkəsindəki hesabında canlı yayımlanacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/oe5l63

Ən çox baxılan