Tibbi ləvazimatlar

Mənbə: Foto: arxiv

Başlıq: Tibbi ləvazimatlar

Ölkəyə gətirilən tibbi ləvazimatlar ƏDV-dən azad olunur

Qərar iyunun 1-dək qüvvədədir

Ölkəyə gətirilən tibbi ləvazimatlar əlavə dəyər vergisindən (ƏDV) azad olunur. Martın 27-də Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Həmin sənədlə idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı artırılıb. Siyahıya daha bir neçə tibbi məhsul əlavə olunub.

Beləliklə, Azərbaycana idxal edilən baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar əlavə dəyər vergisindən azad edilib.

Bu fərman 2020-ci ilin iyunun 1-dək qüvvədədir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/w74970

Ən çox baxılan