Ölkələr koronavirusa qarşı ciddi tədbirlərə əl atır

Bazar günü İsraildə 39 yoluxma hadisəsi qeydə alındıqdan sonra Baş nazir Benjamin Netanyahu xaricdən gələn bütün israilli və xarici vətəndaşların özünü karantinə almasını tələb edib.

Source: Foto: sosial şəbəkə


Almaniyada artıq virusdan ölənlərin sayı 2 oldu

“Koronavirusla qlobal mübarizə bu həftə sonu yeni mərhələyə keçib”, – “The New York Times” xəbər verir.

İtaliyada son bir həftə ərzində baş vermiş yoluxma hadisələri və ölümlər artıb. İtaliya dünyada ölüm sayına görə Çindən sonra ikinci yerdədir. Bu səbəbdən yoluxmanın episentri olan Lombardiya bölgəsi bağlanıb.

Dünyanın ən az 95 ölkəsinə yayılmış 109,400 yoluxma hadisəsinin 7,350-dən çoxu, 3,800-dən çox ölüm hadisəsinin 360-dan çoxu İtaliyanın payına düşür.

Getdikcə daha çox ölkə yoluxmuş insanları izolyasiya etməyə və yoluxma ehtimalının qarşısını almaq üçün daha güclü tədbirlər görməyə çalışır.

Bazar günü Səudiyyə Ərəbistanı şiə müsəlman şəhərlərinin və krallığın şərqindəki kəndlərə girişi məhdudlaşdırıb. Ölkədə 11 təsdiqlənmiş koronavirusun təsbit edildiyi Qatif valiliyi karantinə alınıb. Və yerli Səudiyyə mediası ölkənin bütün təhsil müəssisələrini müvəqqəti bağlayacağını və bölgədəki bir sıra ölkələrə gediş-gəlişin qarşısını alacağını bildirib. Krallıq artıq müsəlmanların müqəddəs Məkkə və Mədinə şəhərlərinə həcc ziyarətlərini dayandırıb.

Yaxın Şərqdə ən ağır zərbə alan İranda dövlət mediası Avropaya bütün uçuşların qeyri-müəyyən müddətə dayandırılacağını bildirib.

İran koronavirus səbəbindən 70,000 məhbusu həbsdən azad edib, – “Al Jazeera” xəbər verib. Ölkədə ölüm hadisəsi 43 yeni halla birlikdə 237-ə çatıb.

Avropanın ən böyük problemli ölkələrindən biri olan Fransada səhiyyə naziri 1000-dən çox insanın toplaşmasına qadağa qoyub.

Bazar günü İsraildə 39 yoluxma hadisəsi qeydə alındıqdan sonra Baş nazir Benjamin Netanyahu xaricdən gələn bütün israilli və xarici vətəndaşların özünü karantinə almasını tələb edib.

ABŞ 34 əyalətdə ən az 539 yoluxma hadisəsini qeydə alıb. Konnektikut ilk yoluxma hadisəsini qeydə alarkən Vaşinqton koronavirusdan bir nəfərin bazar günü öldüyünü deyib. Kolumbiyada 22 ölüm hadisəsini qeyd edilib. Washington DC, New York, California və Oregon fövqəladə vəziyyət elan edib. Ölkədə getdikcə daha çox sayda məktəblər bağlanır. Bağlanmaların təhsilə təsir edəcəyi, ailələrə zərər verməsi və icmaların bu səbəbdən ayağa qalxması narahatlıq doğurur.

ABŞ ordusu İtaliyaya və Cənubi Koreyaya səyahətini 4500 əsgər və ailə üzvünə koronavirusun təsir etməməsi üçün dayandırıb. Finlandiya silahlı qüvvələri 9-19 mart tarixlərində Norveçlə birlikdə planlaşdırılan hərbi təlimlərin ləğv etdiyini açıqlayıb.

Bazar günü ABŞ-ın yoluxucu xəstəliklər üzrə aparıcı mütəxəssisi doktor Anthony S. Fauci regional məhdudiyyətlərin zəruri ola biləcəyini deyib və ən çox risk altında olanlara, yaşlılara və sağlamlıq şərtləri məhdud olanlara səyahətdən çəkinməyi tövsiyə edib.

İtaliyada kəskin yoluxma artımı qeydə alınıb. Bu virusa yoluxanların sayı 400-ü keçib. Almaniyada 930-dan çox yoluxma hadisəsinin olduğu, artıq 2 nəfərin öldüyü bildirilir; İsveçrədə ümumi say 281-ə çatıb və İngiltərənin səhiyyə şöbəsi virusa yoluxmuş üç nəfərin öldüyünü və ölkədə bu halların sayının bazar günü 273-ə yüksəldiyini deyib.

Ana səhifəDünyaÖlkələr koronavirusa qarşı ciddi tədbirlərə əl atır