”Ölkədən kapital axını güclənəcək”

“Maliyyə resurslarının sahibləri kapitalı xaricə çıxararaq daşınmaz əmlak, depozitlər və digər aktivlərə yatıracaqlar”

Source:


“Maliyyə resurslarının sahibləri kapitalı xaricə çıxararaq daşınmaz əmlak, depozitlər və digər aktivlərə yatıracaqlar”

Fevral ayında ilk devalvasiyadan sonra hər həftəsonu valyuta  satışında məhdudiyyətlər müşahidə edilir. Lakin ötən həftəsonu bu, dekabrın 21-də ikinci devalvasiyadan sonra dolların yüksələn məzənnə artımı fonunda çaxnaşmaya səbəb oldu.

Bu barədə “İqtisadi Təşəbbüslərə Yardım” QHT rəhbərinin müavini Rövşən Ağayev “Turan İA”-ın müxbiri ilə söhbətində bildirib.

Valyuta bazarında ajiotajın əsasını dollara tələbatın artması və təklif qıtlığı təşkil edir.

Xarici valyutanın əsas tədarükçüsü olan Mərkəzi Bank dollar ehtiyatlarının kəskin azaldılmasının qarşısını almaq üçün təklifi məhdudlaşdırmaq qərarına gəlib. Valyuta qıtlığı “qara bazar”ın dirçəlməsinə səbəb olb..

R.Ağayev vətəndaşların və biznes sahəsinin öz vəsaitlərinin dəyərsizləşməkdən qorumaq üçün dollar almaq cəhdlərini təbii hesab edir.

Vəziyyətin necə inkişaf edəcəyi barədə sualın cavabında R.Ağayev deyib ki, ölkədən kapital axını güclənəcək, buna görə də dollara tələbat yüksək olacaq.

Azərbaycan manatına və iqtisadiyyata inam çox sarsılıb. Odur ki, maliyyə resurslarının sahibləri kapitalı xaricə çıxararaq daşınmaz əmlak, depozitlər və digər aktivlərə yatıracaqlar.

Bunu əsasən külli miqdarda pul ehtiyatı toplamış məmur-oliqarx qrupları edəcək. Onlar ilk növbədə dollar alırlar ki, bu da valyuta qıtlığına əsas səbəb olub.

Buna inzibati yolla mane olmaq olarmı? Bu sualın cavabında R.Ağayev deyib ki, artıq ölkədən 20 mindən çox dolların çıxarılmasına gizli nəzarət var.

Lakin gömrük və sərhəd nəzarət sistemlərində şəffaflığın olmamasını nəzərə alaraq, güman etmək olar ki, kapital sahibləri nəzarət edən strukturlara həmin məbləğdən müəyyən faiz ödəyərək bu məhdudiyyətlərdən yan keçə bilər.

Ana səhifəXəbərlər”Ölkədən kapital axını güclənəcək”