Oktyabrın 13-də Leyla və Arif Yunusların apellyasiya şikayətinə baxılacaq

Vəkil prosesin təxirə salınması üçün müraciər edəcək

Source:


Vəkil prosesin təxirə salınması üçün müraciər edəcək

Oktyabrın 13-də saat 15.00-da Bakı Apellyasiya Məhkəməsində hakimi cənab Vüqar Məmmədovun sədrliyi ilə Leyla Yunus və Arif Yunusun məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmündən verilən şikayət üzrə ilkin baxış iclası keçiriləcək.

Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Vəkil başqa bir prosesdə olduğundan ilkin iclasın təxirə salınması üçün teleqram göndərcəyini deyib: “Məlumat vermədikləri üçün həmin vaxta əvvəlcədən təyin edilmiş məhkəməm var. Ona görə iştirak edə bilməyəcəm və apellyasiya şikayətlərinə ilkin baxış iclasının təxirə salınması barədə teleqram göndərəcəm”.

Ana səhifəXəbərlərOktyabrın 13-də Leyla və Arif Yunusların apellyasiya şikayətinə baxılacaq