Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək…”

Oğlu şəhid olan xalq artisti

“25 ilin zabiti neft ölkəsində, qaz ölkəsində, milyardlar ölkəsində kirayədə yaşayırdı. Nəyə görə o kirayədə yaşamalı idi?! Onun atası xalq artisti- mən 40 ildir gör harada, bir mağarada yaşayıram. Bir gecədə 10 nəfər yatır burada.Mən bunu qəbul eləyə bilmirəm. Bəs o məmur, nazir, icra başçılarının balaları, millət vəkillərinin balaları… bəs onlar haradadırlar? Londonda, Amerikada, Avropada… Azərbaycanın var-dövləti onlardadır, amma torpağı xilas eləmək, düşməndən təmizləmək Rövşən kimi oğullara qalmışdı?!” – xalq artisti Əli Nur deyir.

Xalq artistinin oğlu Rövşən Nuruzadə noyabrın 6-da Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub

45 yaşlı ehtiyatda olan zabit könüllü olaraq Vətən Müharibəsinə qatılıb.

Rövşən Nuruzadə 1995-ci ildən başlayaraq 7 il Ağdamda hərbi hissədə bölük komandiri olub

Atası danışır ki, oğlu hələ 9-cu sinifdə oxuyanda 1-ci Qarabağ müharibəsində iştirak etməyə getmişdi.

Ağdamda texnikumda oxuduğunu desə də, 1 həftə sonra hərbçi mayor onu oxuduğu məktəbə təhvil verib

Valideyn deyir ki, oğlu bu tikilidə uşaqları və yoldaşı ilə kirayədə yaşayırdı. O, ailənin mənzillə təmin olunmasını istəyir.

Ana səhifəVideoOğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək…”