Jurnalist Nurlan Libre Meydan TV işi ilə bağlı saxlanıb. Saxlandığı gün onun ailəsinin evində axtarış aparılıb. Jurnalistin ailə üzvləri deyirlər ki, bu axtarış zamanı ailəyə məxsus pul və dəyərli əşyalar götürülüb və bugünədək qaytarılmayıb.
Jurnalistin həyat yoldaşı Əsli Əlizadə deyir ki, Nurlan həbs olunacağını gözləyirdi, bununla belə, rayonlarda çəkilişlərə gedirdi. O, əlavə edir ki, müstəqil jurnalistlərin yoxluğu tezliklə özünü göstərəcək.