“Notr Dam” kilsəsində 3 nəfərin bıçaqlandığı bildirilir

Elə hadisə ilə bağlı terrorçuluq maddəsi ilə cinayət işi açılıb.

Source: Specify Source


Makronun hazırda Nitsaya yola düşdüyü deyilir

Oktyabrın 29-da Fransanın Nitsa şəhərinin kilsəsində 3 nəfər bıçaqlanaraq öldürülüb.

Rəsmilər və şəhərin bələdiyyə başqanı hadisəni terror

adlandırıb

.

Sağçı Respublikaçılar Partiyasından olan keçmiş millət vəkili, bələdiyyə başqanı Christian Estrosi özünün "Twitter" hesabında polisin cinayətkarı tutduğunu açıqlayıb.

"Bunun terror hücumu olduğunu təsdiqləyə bilərəm. Hadisə şəhərdəki "Notr Dam" kilsəsinin içində, yaxud yaxınlığında baş verib, polis hücum edən şəxsi saxlayıb və o, hazırda xəstəxanadadır", – deyə Christian Estrosi bildirib.

Estrosi jurnalistlərə bildirib ki, şübhəli saxlanandan sonra belə “Allahu Əkbər” (Allah böyükdür) qışqırıb.

Elə hadisə ilə bağlı terrorçuluq maddəsi ilə cinayət işi açılıb.

Polisdəki mənbə hadisə qurbanlarından bir nəfər qadının başının kəsildiyini söyləyib.

Sağ qanad siyasətçi Marin Le Pen də hücum zamanı başkəsmənin olmasından danışıb.

Fransa Prezidenti Emmanuel Makronun hazırda Nitsaya yola düşdüyü xəbər verilir

Ana səhifəDünya“Notr Dam” kilsəsində 3 nəfərin bıçaqlandığı bildirilir