“Nissan”ın keçmiş rəhbəri musiqi aləti üçün futlyarda qaçdı

Nissan” şirkətinin keçmiş rəhbəri möcüzəli şəkildə Yaponiyadan Livana gedib

Source: Reuters

“Renault-Nissan-Mitsubishi” avtomobil şirkətinin keçmiş rəhbəri Karlos Qon Tokioda ev dustaqlığından qaçıb.

“BBC”-nin məlumatına görə, maliyyə fırıldaqçılığında ittiham edilən Karlos Qon

Livandadır

.

Karlos Qon Yaponiyanın hüquq sistemini əsas insan azadlıqlarının pozulmasında ittiham edib:

“Mən ədalət məhkəməsindən qaçmamışam. Mən özümü siyasi təqibdən və ədalətsizlikdən mühafizə etmişəm”, – Karlos Qon bəyan edib.

Rusiyanın “NTV” telekanalının məlumatına görə, Karlos Qon dustaqlıqda saxlanıldığı evi musiqi aləti üçün futlyarda tərk edib. Bildirilir ki, bayramları qeyd etmək üçün Kaslor Qonun evinə musiqiçi adı altında bir qrup şəxs dəvət edilib. Karlos Qonu onlar futlyarın içində çıxarıblar. Məhz buna görə ona nəzarət edən təhlükəsizlik xidmətinin əməkdaşları Karlos Qonun evi tərk etməsindən xəbəri

olmayıb

.

Sonradan Qonu şəxsi təyyarədə çarter reysi ilə Livana aparıblar. Bununla belə milyonçunun Tokio aeroportunda nəzarət xidmətini necə keçdiyi bildirilmir.

Livan XİN Karlos Qonun ölkədə olmasını rəsmi təsdiq edib.

Karlos Qon 21 milyon dollar vəsaitin mənimsənilməsində ittiham edilir. O, 2018-ci ildə həbs edilib və 108 gün məhbəsdə saxlanıldıqdan sonra 2019-cu il martın 6-da 9 milyon dollar müqabilində zamin buraxılıb.

Karlos Qonun Fransa, Braziliya, Livan vətəndaşlığı var.

Ana səhifəDünya“Nissan”ın keçmiş rəhbəri musiqi aləti üçün futlyarda qaçdı