Nikol Paşinyan koronavirusa yoluxub

Nikol Paşinyan deyib ki, bundan əvvəl onda heç bir simptom olmayıb.

Source: Foto: google.ru


“Təxmin edirəm ki, virus mənə ofisiantdan keçib”

Ermənistanın Baş naziri Nikol Paşinyan “COVİD-19” virusuna yoluxub.

Ermənistan mətbuatının məlumatına görə, Baş nazir bu barədə iyunun 1-də “Facebook” səhifəsində canlı yayımda bildirib.

Nikol Paşinyan deyib ki, bundan əvvəl onda heç bir simptom olmayıb.

“Cəbhə xəttinə səfərim olmalı idi. Bundan əvvəl test vermək qərarına gəldim və nəticələr pozitiv oldu. Daha sonra ailə üzvlərim də testdən keçdilər və onların da virusa yoluxması təsdiqləndi”.

Baş nazir bildirib ki, son bir ayda hər gün işə gəlib və qaydalara uyğun olaraq hər gün onun hərarəti ölçülüb.


Paşinyan koronavirusa ofisiantdan yoluxub

“Mən koronavirusa işçi iclasların birində yoluxmuşam. Yadımdadır ki, iclas zamanı masalara su stəkanları qoyurdular. Bir dəfə gördüm ki, stəkanları qoyan ofisiant əlcəksiz işləyir. Mən öz iradımı bildirdim və həmin ofisiantın dəyişdirilməsi tapşırığını verdim. Amma təxmin edirəm ki, bundan əvvəl də həmin ofisiant əlcəksiz işləyib. Sonradan onun koronavirusa yoluxması məlum oldu”.


Ermənistanın koronavirusla bağlı statistikası

Koronavirus infeksiyasının yayılması ilə bağlı Cənubi Qafqazda ən gərgin vəziyyət Ermənistandadır.

Mayın 31-ə olan vəziyyətə görə, ölkədə 9 min 282 nəfər COVID-19 infeksiyasına yoluxub. Onlardan 131 nəfər ölüb, 3 min 386 nəfər sağalıb. Hazırda xəstəxanalarda 5 min 714 nəfər müalicə olunur.

Ana səhifəDünyaNikol Paşinyan koronavirusa yoluxub