Nəqliyyat, tikinti və bank sektoru daha çox korrupsiyaya uğrayıb

224 şəxs barəsində 146 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib

Source:


224 şəxs barəsində 146 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib

Oktyabrın 14-də Baş prokuror Zakir Qaralovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müşavirə keçirilib.

Müşavirədə məruzə ilə çıxış edən Baş prokurorun müavini – Baş prokuror yanında  Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu ilin 9  ayı ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin  “Qaynar xətt” 5108 müraciət daxil olduğunu deyib. Həmin müraciətlərin əsasən nəqliyyat, tikinti və bank sektoru sahələrini əhatə etdiyini, həmçinin 224 şəxs barəsində 146 cinayət işinin istintaqının tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərildiyini bildirib. Həmin cinayət işlərindən 87 şəxs barəsində 58 iş mənimsəmə və israf etmə, 48 şəxs barəsində 37 iş dələduzluq, 33 şəxs barəsində 19 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 9 iş rüşvət alma, 10 şəxs barəsində 6 iş isə rüşvət vermə, 9 şəxs barəsində 9 iş saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifə saxtakarlığı və 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə faktı ilə əlaqədar olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş  98 milyon 571 min manat ziyandan istintaq müddətində 31 milyon 640 min  manat və ya 32 faizi ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Ana səhifəXəbərlərNəqliyyat, tikinti və bank sektoru daha çox korrupsiyaya uğrayıb