Nəqliyyat nazirinin qardaşı qızı yol qəzasında öldü

Bu saatlarda Məmmədovlar ailəsi kəndə dəfn üçün toplaşıblar

Source:


Bu saatlarda Məmmədovlar ailəsi kəndə dəfn üçün toplaşıblar

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı Günay Ələsgərova avqustun 27-də Bakı-Quba yolunda baş verən yol qəzasında dünyasını dəyişib. Günay Əsgərovanın olduğu minik avtomobili ağır yüklü maşınla toqquşub. Avtomobili idarə edən sürücü isə yüngül xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, mərhumun cənazəsi Ucar rayonunun Qazıqumlaq kəndinə aparılıb. Bu saatlarda Məmmədovlar ailəsi kəndə dəfn üçün toplaşıblar.

Günay Ələsgərovanın atası Loğman Məmmədov hazırda Türkiyədədir və ağır əməliyyat keçirib.

Mərhumənin həyat yoldaşı həyat yoldaşı “Garant Holding”in Müşahidə Şurasının üzvü Emil Ələsgərovdur.

Ana səhifəXəbərlərNəqliyyat nazirinin qardaşı qızı yol qəzasında öldü