Neft və koronavirus – Azərbaycan iqtisadiyyatının iki dərdi

Koronavirus pandemiyası səbəbindən Azərbaycan iqtisadiyyatı ikiqat zərbə altında qalıb – burada neft qiymətlərinin aşağı düşməsi ilə bərabər hökumət tərəfindən tətbiq edilən sərt karantin qaydaları da öz təsirini göstərir.

Source: JAMnews

Məqalə

JAMnews

saytında dərc olunub.

Koronavirus pandemiyası səbəbindən Azərbaycan iqtisadiyyatı ikiqat zərbə altında qalıb – burada neft qiymətlərinin aşağı düşməsi ilə bərabər hökumət tərəfindən tətbiq edilən sərt karantin qaydaları da öz təsirini göstərir. Hökumət əhaliyə və iqtisadiyyata dəstək proqramını açıqlayıb. Amma ekspertlər hesab edir ki, daha qəti addımlar atılmalıdır.


Neft müharibəsi

2020-ci il Azərbaycan iqtisadiyyatı üçün iki dəfədən artıq Azərbaycan neftinin qiymətinin düşməsi ilə başladı (yanvarın 7-də yerli “Azeri Light” neftinin qiyməti 71.2$, 21 mart ərəfəsində isə 26.1$ idi ) və COVID-19 epidemiyasına görə karantin rejiminin tətbiqi ilə bağlı qiymət düşməkdə davam edir.

Koronavirus epidemiyası səbəbindən Çin öz ərazisinin böyük hissəsində karantin elan etdi və bu həm ölkə içi, həm də ölkə xaricində şəhərlərarası avia hərəkətlərin dayandırılmasına gətirib çıxardı.

Çin dünyada iqtisadiyyatına görə ikinci ölkədir, orada tələbatın azalması neftin qiymətinin düşməsinə səbəb oldu. Virusun coğrafiyasının genişlənməsi ilə karantin altına daha çox ölkə düşdü, bu da neftə tələbatı azaltmaqda davam edirdi.

Əvvəl olduğu kimi, neftin qiymətinin düşməsi ilə bu yaxınlarda Azərbaycan və Rusiyanın da üzv olduğu neft istehsalçıları təşkilatına üzv ölkələr (OPEK+) təklifi azaltmaq və bununla da qiyməti qaldırmaq üçün hasilatın azaldılması qərarını verməli idilər. Amma razılaşma baş tutmadı, çünki Rusiya yeni müqaviləni imzalamaqdan imtina etdi.

Səudiyyə Ərəbistanı Rusiyanı bazardan çıxarmaq elan etdi ki, hasilatı artıracaq, bundan başqa da satışda endirim edəcək. yini elan etdi. Rusiya ilə Səudiyyə Ərəbistanı arasında faktiki olaraq qiymət müharibəsi başladı. Nəticədə də neftin qiyməti daha da sürətlə azalmağa başladı.

Neft və koronavirus – Azərbaycan iqtisadiyyatının iki dərdi


Problem – neftdən asılılıq

Azərbaycan bir dəfə artıq 2014-2015-ci illərdə neftin qiymətinin düşməsi ilə qarşılaşıb. Nəticədə ölkənin Mərkəzi Bankı devalivasiyaya getməyə məcbur oldu, nəticədə də milli valyuta iki dəfə ucuzlaşdı. 2013-cü ildə ortalama qiyməti 120 dollar olan neft 2015-ci ildə 30-40 dollara qədər düşdü. İndi neftin qiyməti daha böyük sürətlə düşdü. Azərbaycan 2015-ci il böhranından hansısa nəticə çıxarıbmı?

Bu illər ərzində Azərbaycan iqtisadiyyatı neftin qiymətindən asılılığı əhəmiyyətli dərəcədə azaldıb, – prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsumov (2015-ci ilə qədər Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində çalışıb) deyib. Bu, belədirmi?

Azərbaycan dövlət büdcəsinə ən çox gəlir Dövlət Neft Fondundan və neft şirkətlərinin ödədikləri vergilərdən gəlir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ildə ixracın 75.45 faizini neft təşkil edib. 2015-ci ildə neftin payı 85 faizdən artıq olub.

Amma nəzərə alsaq ki, neftin payının azalması həmçinin qiyməti düşən təbii qazın təchizatının hesabına baş tutub, Azərbaycanın neft və qazdan asılılığının qaldığını demək olar.

Azərbaycan həm də kənd təsərrüfatı malları – daha çox pomidor və fındıq ixrac edir. Amma 2019-cu ildə meyvə və tərəvəzin ümumi ixracda payı cəmi 3,09 faiz olub.

Martda neftin qiyməti düşməyə başlayanda bankomatlar və valyuta dəyişmə məntəqələrinin qarşısında növbələr düzüldü – əvvəlki devalivasiyaları hələ unutmayan adamlar manatın yenidən düşməsindən qorxdu və valyuta almaq istədilər.

Aprelin əvvəlində Rusiya ilə OPEK+ arasında mümkün yeni razılaşma ilə bağlı xəbərlər fonunda qiymət yenidən artmağa başladı. Bir barrel Azərbaycan neftinin qiyməti aprelin 8-də 24 dollara qalxdı.

Amma bu fakt vəziyyəti çox da yüngülləşdirmir, iqtisadçı Toğrul Vəliyev hesab edir:


“İndi neftin qiymətinin nə qədər – 23 və ya 30 dollar olmağından asılı olmayaraq, büdcə 55 dollara hesablanıb. Qiymətin ən azı 40-45 dollara qalxmağı lazımdır”.

Aprelin 12-də OPEK+ ölkələri hasilatı sutkada 9.7 milyon barellə endirmək razılığına gəldilər ki, bu da qiymətin artımını təmin etməli idi.


“Razılaşma may ayından qüvvəyə minəcək, buna görə də apreldə bütün ölkələr bazarda paylarını itirməmək üçün daha da çox neft hasil edəcəklər. Amma məsələ burasındadır ki, qiymət həm də karantin səbəbindən yanacaq sərfiyyatının azalmasına görə düşməyə başladı. Və ölkələr “açılmadıqca” biz bütün dünyada istehsalın azalmasını, işsizliyin artmasını, nəticə olaraq da neftin qiymətinin 40 dollara belə qalxmayacağını müşahidə edəcəyik. Amma ən nikbin proqnozlara görə belə, qiymətləndirmə – 35 dollardan artıq olmayacaq

”, – iqtisadçı Natiq Cəfərli hesab edir.


Koronavirus effekti

Neftin qiymətinin düşməsi ilə yanaşı, koronavirus epidemiyası ölkə iqtisadiyyatının başqa sahələrinə də zərbə endirdi – aviareyslər dayandırıldı, turist obyektləri və restoranlar bağlandı.


«Dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatında özünü kəskin şəkildə göstərir, koronavirusla bağlı karantinə görə biz iqtisadiyyatın başqa sahələrində: turizm, loqistika və s. sahələrdə problemləri müşahidə edə bilirik. Bu minlərlə işçinin işsizə çevrilməsinə gətirib çıxardı»,

– Natiq Cəfərli deyir.

Onun proqnozlarına görə, “Azərbaycana valyuta ehtiyatlarında, ölkəyə valyutanın daxil olmasında da problemlər olacaq, apreldən isə biz ÜDM-in azalması tempinin artmasını müşahidə edəcəyik”.

İqtisadçı Toğrul Vəliyev hesab edir ki, ucuzlaşmış neftdən asılılıqla yanaşı, Azərbaycanın valyuta ilə alınan idxal məhsullarından asılılığı da iqtisadiyyat üçün təhlükəlidir, bu yaxınlarda valyuta qıtlığı ola bilər:


«İqtisadiyyata dəstək üçün bizim valyuta ehtiyatlarımız xərclənir. Azərbaycanda başqa yatırım formaları mövcud olmadığı üçün və böyük risklə əlaqədar insanlar daha çox valyutaya yatırım edir. Eyni zamanda bu, iqtisadiyyatın başqa sahələrinə də təsir edir, çünki bir çox sahə birbaşa və ya dolayısı ilə neftdən asılıdır».

Aprel ayının əvvəllərində yoluxanların sayı 600-ü keçmişdi. Yeddi nəfər vəfat edib. Hökumət fövqəladə vəziyyət elan etməyə tələsmir, amma hələ martın sonlarında bir çox ticarət obyekti, təşkilat və müəssisələrin bağlanmasına qərar verdi. Sərhədlər bağlandı. Karantin rejiminin pozulmasına görə, o cümlədən“tutarlı səbəb olmadan” küçəyə çıxmağa görə cərimələr tətbiq olundu.

Küçəyə çıxmaq üçün əlinizdə iş yerindən xüsusi arayış (əgər iş yeri bağlanmayıbsa) olmalıdır və ya şəxsiyyət vəsiqəsinin nömrəsi və çıxma səbəbini göstərməklə xüsusi nömrəyə sms göndərmək lazımdır.

İnfeksiyanın yayılmasının qarşısını almaq üçün həyata keçirilən bu tədbirlər ölkə iqtisadiyyatına və sıravi vətəndaşlara daha güclü zərbə vurur.

jf.jpg
Karantindən ən çox xidmət sahəsi, xüsusilə restoran biznesi və turizm ziyan görüb. Bakı, 2020-ci il



Vəli 27 yaş:


“İşlədiyim kafe bağlanıb, mən də artıq evin kirayəsini və kommunal xidmətləri ödəyə bilmirəm. Mərkəzdə kiyarələdiyim mənzildən çıxıb, valideynlərimin yanına, Bakının qəsəbəsinə köçməli oldum”.



Nailə. 23 yaş:


«Mən ofisində işlədiyim şirkətdən mart ayı üçün maaşımı alıb, məzuniyyətə çıxdım. Hələlik aprel ayı üçün pul ödəyib ödəməyəcəklərini bilmirəm. Anam faizə işləyirdi və indi qazancsız qalıb. Hələlik yığdığımız pul var, amma sonra nə olacağını da bilmirik. Qohumlarımızın vəziyyəti daha pisdir. Çoxuşaqlı ailədir və birdən birə hamısı işsiz qalıb».



Fidan. 23 yaş:


«Mən frilanser-dizaynerəm və fevraldan maaşımı gecikdirirlər. Mən isə üç ay üçün vergi ödəməliyəm. Valideynlərim kömək edir, yoxsa acından ölərdim».


Dövlət necə kömək edəcək

Aprelin əvvəllərində hökumət axır ki, böhranı aşmaq üçün bir milyard manatlıq [təxminən 600 milyon $] tədbir planı açıqladı.

Plana görə, 300 min kiçik və orta sahibkara maliyyə dəstəyi göstəriləcək. Ayrılmış pulun bir hissəsi – 215 milyon manat bağlanan şirkət və müəssisələrin sahiblərinə veriləcək, onlar da bu pulu işçilərin iki aylıq rəsmi maaşlarının 100 faiz qədərinin (əgər bu maaş 712 manatdan [təxminən $420] çox deyilsə) ödənilməsinə xərcləməlidir.

Plana uyğun olaraq, müəssisələrin kreditlərinin faizinin bir hissəsi ödəniləcək, güzəştli şərtlərlə yeni kreditlər ayrılacaq və s.

Plan həmçinin aşağıdakılar nəzərdə tutur:

  • 200 minə yaxın işsizə iki ay ərzində 190 manat [təxminən 112$] ödəniləcək.
  • Kasıb tələbələrin ali təhsil müəsisələrində təhsil haqqı ödəniləcək.
  • Güzəştli qiymətlə elektrik enerjisinin limiti 100kv/saat artırılacaq (Azərbaycanda elektrik enerjisinin ayda 300kv/saata qədəri 0,07 manatla, yerdə qalanı 0,11 manatla ödənilir).

Bu tədbirlər insanlara böhranın fəsadlarının yumşaldılmasında kömək edəcəkmi? Ekspertlər hesab edir ki, qismən kömək edəcək. Əsas problem ondan ibarətdir ki, qeyri-rəsmi işləyən insanlar və eyni zamanda işsiz kimi qeydiyyata alınmamış şəxslər heç nə almayacaq.

fj.jpg
Bakı 2020-ci il.


«Hazırda müvəqqəti bağlı olan sahələrin muzdlu işçilərinin əksəriyyəti pulsuz qalıb. Yalnız işsizlərin kiçik bir hissəsi və ya tələbələr müəyyən yardım alacaq, çünki əksəriyyət rəsmən işləmir, rəsmi işləyənlərin çoxu isə “kağız üzərində” daha kiçik, əslində isə daha çox məbləğ alır. Nəyə görəsədövlət onların vəziyyətindən narahat olmayıb”

, – Toğrul Vəliyev izah edir.

Onun sözlərinə görə, bəzi tədbirlər ümumiyyətlə anlaşılan deyil:


«Məsələn, əhali üçün ən böyük problem elektrik enejisinin deyil, təbii qazın istehlakına qoyulan limitdir. Amma bu halda belə İqtisadiyyat Nazirliyinin özünün məlumatına görə, əhalinin yalnız 20 faizi elektrik enerjisini limitdən artıq istifadə edib. Nə üçün əhalinin daha yaxşı yaşayan təbəqəsinə dörd qəpiyə qənaət etməyə kömək edilməlidir?»

Nə etmək olar?

İqtisadçı Natiq Cəfərli hesab edir ki, hökumət ən azı iki yöndə vətəndaşlara və biznesə kömək edə bilər:


«Birincisi, vətəndaşların kommunal xərclərinin dövlət tərəfindən qarşılanması, kredit faizlərinin dondurulması həyata keçirilməlidir. İkincisi, orta və kiçik biznesə üç aylıq vergilərdən azad olunma ilə dəstək, virus dövründə isə aşağı faizlə uzun müddətli kreditlər olmalıdır».

Toğrul Vəliyev bununla razıdır, həm də hesab edir ki, işini itirmiş, kasıb təbəqəyə büdcədən birbaşa ödənişlərlə yardım etmək olar:


«Ümumilikdə bir-iki milyard manat [təxminən 590$ -1.2 milyard] lazım olacaq. Və bu məbləği büdcə hesabına təmin etmək olar, belə ki, dörd milyard manata qədər [təxminən $2.3 milyard ] sərmayə xərcləridir, bu xərclər də daha çox yolların və müəyyən binaların tikintisi üçün nəzərdə tutulur”.

Eyni zamanda iqtisadçı deyir ki, böhrandan tez çıxmağın yolu yoxdur, ölkədə onsuz da iqtisadiyyatı bərpa etmək lazım olacaq, belə ki, gəlirlər heç də tez bir zamanda əvvəlki vəziyyətinə qayıtmayacaq:


«İndiki böhranın nə zaman bitəcəyi bəlli deyil. Ən yaxşı halda mayda, normallaşma isə iyunda başlayacaq. Neftin qiyməti ilin sonuna qədər aşağı səviyyədə qalacaq və yaxın aylarda Azərbaycan aşağı neft gəlirləri ilə yaşayacaq.


Dövlət öhdəliklərinin yerinə yetirilməsi üçün iqtisadiyyatı daha da gücə salacaq, daha çox valyuta lazım olacaq. Əgər turist dövriyyəsi bərpa olunmazsa, deməli bu iaşə obyektlərində özünü göstərəcək və ticarət yaxın üç-dörd ay ərzində bərpa olunmayacaq».


«Mediaşəbəkə»nin dəstəyi ilə

Ana səhifəİqtisadiyyatNeft və koronavirus – Azərbaycan iqtisadiyyatının iki dərdi