Nazirlik yeni layihəyə başlayacağını açıqladı

Təlimlərdə Elena Simurzina, Aleksandra Knyazeva, Elşən Məmmədov müasir teatr menecmenti və prodüserlik fəaliyyəti ilə bağlı bilik və bacarıqlarını bölüşəcəklər.

Source: Mədəniyyət Nazirliyi


Teatr menecmenti və prodüserlik fəaliyyəti ilə bağlı peşəkarlar yetişdiriləcək

Mədəniyyət Nazirliyi “Gənc teatr prodüserləri üçün laboratoriya” adlı layihəyə başlayır.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, Rusiya Dövlət Teatr Sənəti İnstitutu ilə birlikdə Azərbaycanda teatr menecmentinin və prodüserlik strukturunun inkişafı və idarəetməsi sahəsində kadr

yetişdiriləcək

.

Məqsəd bu sahədə peşəkarların artırılmasıdır.

Layihə oktyabrın 3-dən 9-dək Yarat Müasir İncəsənət Məkanında təşkil olunacaq.

Təlimlərdə Elena Simurzina, Aleksandra Knyazeva, Elşən Məmmədov müasir teatr menecmenti və prodüserlik fəaliyyəti ilə bağlı bilik və bacarıqlarını bölüşəcəklər.

Menecment və prodüserlik sahəsinə maraq göstərən gənclərə laboratoriyada ödənişsiz iştirak etmək imkanı yaradılır.

Teatrşünas Vidadi Qafarov Meydan TV-yə açıqlamasında bildirib ki, Azərbaycanda teatr menecmentinin yaradılması, inkişafı çox vacibdir: “Dünya kino və teatr sənayesi menecmentlə işləyir. Təəssüf ki, Azərbaycanda belə institutlar olmayıb. Yeri gəlmişkən, artıq bu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Teatr menecmenti ixtisası fəaliyyətə başlayıb. Universitet teatr menecmenti fakültəsi üzrə magistr səviyyəsində tələbələr yetişdirəcək”.

Ana səhifəMədəniyyətNazirlik yeni layihəyə başlayacağını açıqladı