Mənbə: meydan.tv

Nazirlik: Azərbaycanda təhsil işçilərinin 86 faizi vaksinasiyadan keçib

“Məktəbdənkənar müəssisələrin təhsil işçilərinin 2 faizinin immunitet sertifikatı var”

Azərbaycanda təhsil işçilərinin 86 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib.

Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu göstərici Bakı üzrə 88, Sumqayıt üzrə 92, Gəncə üzrə 94, Abşeron rayonu üzrə 89, Yardımlı rayonu üzrə 97, Naftalan şəhəri üzrə 96, Şirvan, Qazax və Tərtər rayonlarının hər biri üzrə 95 faiz təşkil edir.

Məktəbdənkənar təhsil müəssisələrində çalışan təhsil işçilərinin 92 faizi, ali və orta ixtisas təhsili müəssisələrində çalışan təhsil işçilərinin 80 faizi, peşə təhsili müəssisələrində çalışan təhsil işçilərinin 92 faizi artıq vaksinasiya olunub.

Bundan əlavə, ümumi və peşə təhsili müəssisələrində çalışan təhsil işçilərinin 1 faizinin, məktəbdənkənar təhsil müəssisələrinin təhsil işçilərinin 2 faizinin immunitet sertifikatı var.

Azərbaycanda sentyabrın 22-dən 1-4-cü siniflər, 29-dan isə 5-11-ci siniflər və ali məktəblər ənənəvi tədrisə qayıdır.

Sentyabrın 7-də təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə dərs ilinin sentyabrın 22-də başlaması məsələsinə də aydınlıq gətirib.

Bunu yoluxma sayının artması ilə əlaqələndirib.

Nazir həmin vaxta qədər vaksinasiya prosesinə görə yoluxma sayında azalma qeydə alınacağına ümid etdiyini söyləyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ki4mnv

Ən çox baxılan