Nazirlər Kabineti: Azərbaycan Türkiyəyə yardım göndərəcək

“Bununla əlaqədar olaraq, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib”

Source: Specify Source


Yanğınla bağlı 500 nəfərlik canlı qüvvə və helikopterlərin göndəriləcəyi bildirilir

Azərbaycandan Türkiyəyə 500 nəfərdən ibarət şəxsi heyət, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda göndəriləcək.

Bu barədə iyulun 30-da Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktayla telefon danışığı zamanı deyib.

Nazirlər Kabinetinin yaydığı

məlumat

da deyilir ki, tərəflər meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanıb: "Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək".

Eyni zamanda, dövlət başçısının köməkçisi

Hikmət Hacıyev

deyib ki, İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək:

“Bununla əlaqədar olaraq, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib. Müvafiq dövlət qurumları Türkiyədən olan tərəf müqabilləri ilə əlaqə qurub və ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola düşəcək”.

Ana səhifəSiyasətNazirlər Kabineti: Azərbaycan Türkiyəyə yardım göndərəcək