Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiqlənib

O, yeni strukturu aşağıdakı kimi göstərib

Source:


Aparat rəhbərinin müavini və Baş nazirin köməkçisi postu ləğv edilib

Dekabrın 2-də Azərbaycan Nazirlər Kabinetinin Aparatının yeni strukturu təsdiqlənib.

Məlumatı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov yayıb.

O, yeni strukturu aşağıdakı kimi göstərib:

Baş nazirin Katibliyi, Baş nazirin birinci müavininin xidməti, Baş nazirin müavinlərinin xidmətləri, Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti, İqtisadiyyat şöbəsi, Xarici iqtisadi əlaqələr şöbəsi, Beynəlxalq əməkdaşlıq şöbəsi, Hüquq və qanunvericilik şöbəsi, Sosial məsələlər şöbəsi, Humanitar məsələlər şöbəsi, Sənaye və energetika şöbəsi, Aqrar və ekologiya şöbəsi, Regionların inkişafı şöbəsi, Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi, Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi, Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi, Ümumi şöbə, Mətbuat xidməti və İşlər İdarəsi.

Məlumata görə, Nazirlər Kabineti Aparatının İşlər müdiri vəzifəsi ləğv edilərək, İşlər İdarəsi yaradılıb. Aparatın İşlər müdiri Hikmət Xəlilov idi.

Eyni zamanda, Nazirlər Kabineti Aparatının rəhbərinin müavini və Baş nazirin köməkçisi postu ləğv edilib.

Nazirlər Kabineti Aparatının rəhbərinin müavini Natiq Məmmədov, Baş nazirinin köməkçiləri Ələsgər Ələsgərov və Sabir Bayramov olub.

Prezident İlham Əliyev oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş nazir təyin edilib.

Ona qədər Baş nazir vəzifəsini Novruz Məmmədov icra edib.

Ana səhifəİqtisadiyyatNazirlər Kabineti Aparatının yeni strukturu təsdiqlənib