Nazir tank mərmisinin vətəndaşın evinə düşməsini təsdiq edib

Zakir Həsənov hadisədən xəbər tutan kimi təlimi dayandırdığını söyləyib

Source: google.az


''Sapma baş verib''

Müdafiə naziri Zakir Həsənov iyunun 16-da Gəncə yaxınlığında yerləşən Seyfəli poliqonundan atılan mərminin vətəndaşın evinə düşməsi barədə sosial şəbəkədə yayılan məlumatı təsdiqləyib.

Nazir bildirib ki, həmin gün tanklar təlim mərmisindən istifadə ediblər. Maketlər dağlar tərəfdə olub, mərmi qayaya dəyib və sapma baş verib.

Zakir Həsənov hadisədən xəbər tutan kimi təlimi dayandırdığını söyləyib:

“Seyfəli təlim poliqonunda tanklardan istifadə yenidən nəzərdən keçiriləcək və vətəndaşa dəymiş ziyan Azərbaycan Ordusunun hesabına ödəniləcək”.

Hadisə barədə məlumatı “Turan TV”-nin rəhbəri Qənimət Zahid iyunun 16-da fotolarla yayıb.

64329262_2248266848627679_7291040764048441344_n.jpg
Tank mərmisi düşən evdən görüntü
64621026_2248266878627676_6996264883507429376_n.jpg
Tank mərmisi düşən evdən görüntü
Ana səhifəXəbərlərNazir tank mərmisinin vətəndaşın evinə düşməsini təsdiq edib