Nazir müavini: General-mayor Polad Həşimov həlak olub (yenilənib)

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib.

Source: Meydan TV

SON 24 SAAT: Cəbhədə döyüşlər səngimir, Azərbaycan Generalını itirib

***


Azərbaycan Xarici İşlər Nazirliyi Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944 cü il təvəllüdlü Əziz Əzizovun həlak olması haqqında



açıqlama



yayıb.


Nazirliyin mətbuat xidməti bildirib ki, Ermənistan tərəfindən Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə almaq və ağır silahlardan atəşə tutmaq faşizmin və barbarlığın əyani təzahürüdür. Bu, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir. Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir.


“Bu kimi əməlləri ilə Ermənistan beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və bu xüsusda üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur. Ermənistanın hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə və Azərbaycanlı mülki şəxslərin Ermənistanın məqsədyönlü qanlı təxribatının qurbanı olması faktına beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə və Ermənistanın bu qanunsuz əməllərini qınamağa çağırırıq”.


Azərbaycanlı mülki şəxsin qətl edilməsinin məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

***


“7 nəfər şəhid olub”

Tovuz rayonu ərazisində gedən döyüşlərdə iyulun 14-də, səhər saatlarında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev həlak olub.

APA-nın

məlumatı

na görə, bunu jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

O, döyüşlərdə Mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlunun həlak olduğunu deyib.

Müdafiə Nazirliyinin mətbuat xidməti bu barədə məlumat yaymayıb. Mətbuat xidmətinin cəbhədə son vəziyyətlə bağlı məlumatında isə deyilir ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində döyüşlər davam edib.

Nazirliyin mətbuat xidmətinin

məlumatı

na görə, Ermənistan silahlı qüvvələrinin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib.

Yerli media Tovuzda mülki şəxsin də həlak olduğunu bildirib. Ölən Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizovdur.

4784c76daca0d35a6d687adb2d1b0060.jpg
Azərbaycan ordusunun əməliyyatı

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva özünün “Twitter” səhifəsində Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun kəndlərində yaşayan mülki şəxsləri hədəfə aldıqlarını yazıb:

“Ermənistanın təcavüzkar və terrorçu mahiyyəti yenidən üzə çıxdı. Təcavüzə son qoyun”.

İyulun 12-də günorta saatlarından başlayaraq Tovuz rayonu istiqamətində atəşkəs pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyi döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 4 əsgərinin öldüyünü, 4 nəfərin yaralandığını bildirib.

İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan ordusunun hərbçisi Elçin Mustafazadənin də həlak olduğu bildirilsə də, Müdafiə Nazirliyi bu barədə hələlik heç bir məlumat verməyib.

Azərbaycan ordusunun verdiyi itkilər
Azərbaycan ordusunun verdiyi itkilər


Azərbaycan ordusunun verdiyi itkilər (fotoda soldan sağa doğru)

1) Sumqayıt sakini, əslən Qəbələnin Vəndam kəndən general-mayor, 1975 təvəllüd Həşimov Polad İsrayıl oğlu

2) Bakı, Xətai rayon sakini, 1973 təvəllüd artilleriya rəisi, polkovnik Mirzəyev İlqar Anzor oğlu

3) Ağstafa rayonu, Həsənsu kənd sakini, 1992 təvəllüd MAXE əsgər Mustafazadə Elçin Arif oğlu

4) Tovuz Rayonu Cəlilli kənd sakini, gizir Zeynallı İlqar Ayaz oğlu

5) Ağstafa rayonu, Köçəsgər kənd sakini, gizir Babayev Yaşar Vasif oğlu

6) Masallı rayon, Ərkivan qəsəbə sakini, mayor Novruzov Anar Gülverdi oğlu

7) Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlu

Ana səhifəSiyasətNazir müavini: General-mayor Polad Həşimov həlak olub (yenilənib)