Naxçıvan

Mənbə: arxiv

Başlıq: Naxçıvan

Naxçıvandan Bakıya gəlmək istəyənlər çarəsiz durumda qaldıqlarını deyir

“İşlə bağlı gəlib, geri qayıda bilməyən xeyli adam var”

Naxçıvan Muxtar Respublikasından təyyarə ilə Bakıya gəlmək istəyənlər günlərdir əlacsız vəziyyətdə qaldıqlarını deyirlər. Belə ki, hər gün Naxçıvandan Bakıya cəmi bir təyyarə reysi var. Elə Bakıdan Muxtar Respublikaya da gün ərzində bir təyyarə uçur. Bu da tələbatı ödəmir və gedib-gəlmək istəyən sərnişinlər üçün problem yaranır.

Naxçıvandan Bakıya gəlməli olan şəxslərdən biri Meydan TV-yə bildirib ki, o, peşə fəaliyyətilə əlaqədar Muxtar Respublikaya gedib. Görməli olduğu işi bir neçə gün əvvəl başa çatdırsa da, Bakıya qayıda bilmir: “Mənim kimi işlə əlaqədar bura gəlib, indi qayıda bilməyən xeyli adam var. Elə adamlar var ki, Bakıya təcili müalicəyə getməlidir. Adamlar çıxılmaz vəziyyətdədir...”

Narazı vətəndaşların bildirdiyinə görə, avikassalara onlayn bilet müraciətlərinə cavab gəlir ki, fevralın 14-dən sonraya uçuşlara bilet ala bilərlər. O vaxta qədər olan reyslərin hamısının biletləri satılıb:

“Aeroportda bizə dedilər ki, TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi-red) təyyarə reyslərinin artırılmasına icazə vermir. Çünki sərnişinlər təyyarəyə minməmişdən öncə onların koronavirus daşıyıcısı olmadığını təsdiqləyən sənəd olmalıdır. TƏBİB-in işçilərinin isə gün ərzində yalnız bir reysin sərnişinlərini tibbi müayinədən keçirməyə fiziki imkanları çatır”.

Meydan TV TƏBİB-dən məsələyə münasibət öyrənə bilməyib.

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib ki, fevralın 1-dən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayı gündə üç dəfəyədək artırılacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq bu addım atılır. Yenə də təyyarəyə COVID-19 virusunun neqativ nəticələri barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/quhm1q

Ən çox baxılan