Naxçıvanda namizədlərin adı niyə saytda yoxdur?

Respublikasının Mərkəzi Seçki Komissiyasının saytına sonuncu məlumat 2013-cü ildə qoyulub.

Source:


Naxçıvan Muxtar Respublikasında 7 dairə fəaliyyət göstərir

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Eyni gündə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də seçkilər baş tutacaq. Ancaq

Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası

nın saytına sonuncu məlumat 2013-cü ildə qoyulub. Saytda muxtar respublikadakı dairələr və seçkilərə qatılan namizədlər barədə hər hansı məlumat əksini tapmayıb.

Naxçıvan Muxtar Respublikasında 7 dairə fəaliyyət göstərir, Şərur-Sədərək, Şərur, Babək-Gəngərli-Naxçıvan, Naxçıvan, Şahbuz-Babək, Culfa-Babək və Ordubad-Culfa. Muxtar respublikada seçkiyə qatılan 25 namizəddən 13 nəfəri bitərəfdir. Maraqlıdır ki, 3 saylı Babək-Gəngərli-Naxçıvan seçki dairəsindən 3 namizəddən ikisi hakim partiyanı təmsil edir, Hüseynqulu Bədəlov və Nəriman Quliyev.

Meydan TV bu məlumatları Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzindən əldə edib. Saytın niyə yenilənməməsi barədə məlumat verilməyib.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasətNaxçıvanda namizədlərin adı niyə saytda yoxdur?