"Söz azadlığı"

Mənbə: Meydan TV

Başlıq: "Söz azadlığı"

Navalnının qərargahlarının fəaliyyəti dayandırılıb, “Meduza”nı isə “xarici casus” elan ediblər

Moskva prokurorluğu aprelin 26-sı “Navalnının qərargahları”nın fəaliyyətini ekstremizm barədə iddia ilə bağlı qərar çıxarılanadək dayandırıb.

Sənəddə deyildiyi kimi, prokurorluq belə hesab edir ki, müxalif hərəkatın iştirakçıları “öz fəaliyyətlərini təbliğ etmək, informasiya mübadiləsi aparmaq və yeni iştirakçılar cəlb etmək üçün” internetə üz tutur və orda “ekstremist materiallar, ekstremist fəaliyyətə, kütləvi iğtişaşlara, səlahiyyətli orqanlarla razılaşdırılmamış kütləvi tədbirlərdə iştiraka çağırışlar yerləşdirirlər”.

Navalnının mübarizə yoldaşı, siyasətçi Leonid Volkov bəyan edib ki, “Navalnının qərargahları” bir təşkilat kimi hüquqi olaraq mövcud deyil. “Navalnının qərargahları” kimi bir təşkilat yoxdur, fond var – “Vətəndaşların Hüquqlarını Müdafiə Fondu” (VHMF) və o, fəaliyyəti hüquqi olaraq təmin edir”, – Volkov deyib.

Güc strukturları həmçinin VHMF-nin, Navalnının qərargahlarının rəsmi səhifəsini, “YouTube” kanalları, “Facebook”, “Twitter”, “V Kontakte”, “Instagram” və “Telegram”da səhifələrini qadağan etmək istəyir.

Daha əvvəl, aprelin 19-da məlum olub ki, Moskva Şəhər Məhkəməsi materialların dövlət sirri daşıdığını əsas gətirərək, VHMF-in əməkdaşlarına cinayət işi ilə bağlı sənədlərlə öncədən tanış olmağı qadağan edib.

Rusiyanın Ədliyyə Nazirliyi VHMF-ni 2019-cu ilin oktyabrında xarici casuslar siyahısına salıb. Qurumda qeyd edildiyi kimi, fondun xaricdən maliyyələşdirildiyinin sübutu var.

Rusiyanın Ədliyyə Nazirliyi həmçinin aprelin 23-də “Meduza”nı “xarici casuslar” siyahısına salıb. Ekspertlər hesab edirlər ki, bu, “Meduza”nın auditoriyasına təsir etməyəcək, bununla belə, Rusiyada işləyən əməkdaşlar üçün risk var.

Xarici agentin finksiyalarını yerinə yetirənlərin siyahısına Latviyada qeydiyyatdan keçən “Medusa Project” SIA şirkəti, o cümlədən “Korrupsiya əleyhinə birinci KİV” daxil edilib. Nazirliyin xəbər verdiyi kimi, qərar “mövcud qanunvericiliyin tələblərinə uyğun icra olunur”. Redaksiya nazirliyin qərarından şikayət edəcək.

Hazırda Rusiyada “xarici casus”un funksiyalarını yerinə yetirənlərin siyahısına 14 KİV, o cümlədən “Amerikanın səsi”, “Azadlıq radiosu” və “İndiki zaman” telekanalı, həmçinin beş fiziki şəxs daxildir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8zs3at

Ən çox baxılan