Navalnının köməkçisi icazəsiz mitinqə görə həbs edilib

Leonid Volkova 20 sutka həbs cəzası verilib

Source: Eanews

Rusiyada yaşayan müxalif siyasətçi Aleksey Navalnının müavini ötən ilin sentyabrında Moskvada keçirdiyi icazəsiz mitinqə görə 20 gün həbs cəzası alıb.

Azadlıq Radiosu xəbər verir.

Mayın 22-də Moskvada keçirilən məhkəmə Leonid Volkovu 9 sentyabr mitinqini sosial mediada yayıb, nümayişçiləri şiddətə təhrik etməkdə günahkar bilib. Məhkəmə deyib ki, nümayişçilər park halında bir avtomobilə xəsarət yetiriblər. İki polis məmurunun yaralanmasına səbəb olublar.

Volkov mayın 21-də Moskvada həbs olunub. O, ilkin olaraq icazəsiz mitinq təşkil etməkdə təqsirli bilinib. İttihamın nə üçün dəyişdirilməsi isə aydın deyil.

Volkov Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun layihə meneceridir. O, 2018-ci ilin martında keçirilən prezident seçkilərində onun kampaniyasını aparıb.

Navalnı keçmiş ittihamlara görə seçkilərdə iştirak edə bilməyib. Onlar düşünürlər ki, hökumətin bu addımı Navalnını seçkidən kənarlaşdırmaq üçün uydurulub.

Sentyabrın 9-da Navalnı və onun tərəfdaşları hökumətin pensiya yaşını yüksəltmək qərarına qarşı kütləvi etraz təşkil etmişdilər.

Polis etirazlar zamanı 1000-dən çox nümayişçini nəzarətə götürmüşdü.

Ana səhifəDünyaNavalnının köməkçisi icazəsiz mitinqə görə həbs edilib