Elektrik avtomobilləri

Mənbə: https://azescience.org/

Başlıq: Elektrik avtomobilləri

Natiq Cəfərli: Elektrik avtomobilləri rüsumlardan azad edilməlidir

Məqalə yeniləndi:  11 İyun 2021

"Elektrik avtomobilləri ekoloji təmiz nəqliyyat vasitəsi olduğu üçün saylarının artması önəmlidir"

Avropanın ən böyük avtomobil bazarı olan Almaniyada elektrikli maşınların sayı artıb. Bu tendensiya getdikcə artmaqda davam edir.

Bu ilin yanvar ayına olan nəticəyə görə bazarda elektriklə çalışan avtomobillərin payı 21.7 faiz təşkil edib.

Almaniyada bu il benzinlə çalışan avtomobillərin satışı 50 faiz azalıb.

Ötən ilin yanvar ayı ilə müqayisədə bu il elektrikli avtomobillərin alışında 6.5 faiz artım olub.

Ən çox satılan elektrikli avtomobillər isə Volkswagen ID.3Renault ZOE markalarıdır.

Ekoaktivist Cavid Qara deyir ki, Norveçdə də bu ilin mart ayında 84.9 faiz elektrik avtomobili satışı olub.

Onlardan 56.3 faiz tam elektrik, 28.6 faizi isə “plugin hibrid” avtomobilləri olub: “Şarj edilə bilməyən Hibrid maşınları da nəzərə aldıqda sırf yanacaq mühərrikli maşınlar 10 faizdən az olub. Norveç 2025-ci ilə kimi yeni avtomobil satışının 100 faizini tam elektrik və ya hidrogen olacağı hədəfi götürüb. Görünən odur ki, bu hədəfə çatmaq Norveç üçün real görünür”.

Cavid Qara deyir ki, Norveç avtomobil sənayesinin gələcəyini göstərir. Bu sahədə Avropadan təqribən 5 il öndədir: “Biz bu rəqəmləri 5 il sonra Avropada, 10 il sonra isə bütün dünyada görə biləcəyik”.

Cavid Qara

Cavid Qara

Mənbə: Cavid Qaranın şəxsi arxivindən

Naxçıvan Avtomobil Zavodu da bir müddət əvvəl elektromobil avtomobillər istehsal edəcəyi ilə bağlı açıqlama vermişdi. Elektrik avtomobili kimi iki versiyanın istehsalının araşdırıldığını bildirmişdi: “Bunlar “Lifan 330” və “Lifan 650” modelləridir. Hazırda bununla bağlı müzakirələr gedir, qiyməti və texniki göstəriciləri də müzakirə edildikdən sonra istehsalal bağlı qərar qəbul ediləcək. İşlər plan üzrə davam etsə, artıq gələn ilin birinci rübünün sonundan Naxçıvanda elektrik avtomobillərinin istehsalı başlanacaq”.

Zavoddan bildirib ki, ölkədə elektrik avtomobillərinə tələbat yüksəlib, amma belə avtomobillərin istehsalı adi maşınlardakı kimi deyil, kompleks şəkildə həyata keçirilməlidir.

Söhbət həmin maşınlara qulluq edəcək texniki servislərin yaradılması və elektrik doldurucu stansiyaların qurulmasından gedir: “İstehsal başlanacağı təqdirdə Naxçıvanda elektrik doldurma stansiyaları da qurulacaq. Bakıda isə hazırda mövcud olan stansiyaları “Lifan”lara da xidmət etmək imkanındadır”.

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana 244 576,99 min ABŞ dolları dəyərində 23 854 avtomobil idxal olunub (https://apa.az/az/xeber/sahibkarliq/azerbaycana-hibrid-avtomobillerinin-idxali-keskin-artib-643236). Bu, da ötən ilin analoji dövrü ilə müqayisədə 21,4 faiz, say baxımından isə 38,7 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin hesabatında belə bildirilir.

Hesabat dövründə ölkəyə 209 176,22 min dollar dəyərində 21 948 vahid əsasən, adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub.

Bu göstərici ötən ilin göstəricisindən dəyər baxımından 25,7 faiz, say baxımından isə 37 faiz çoxdur.

Dövlət Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsi

Mənbə: Dövlət Gömrük Komitəsi

Yanvar-aprel aylarında ölkəyə dəyəri 16 503,47 min dollar (ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 80,4 faiz çox) təşkil edən 2 805 vahid (69,6 faiz çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 947,81 min dollar (96 faiz çox) dəyərində 24 vahid (5 vahid çox) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi idxal olunub.

Nazirlər Kabineti 2020-ci ildən elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalı, dövlət qeydiyyatı və istismarının bütün gömrük rüsumlarından və vergilərdən azad olunması istiqamətində işlər görüldüyü açıqlayıb, ancaq hələlik, işlərin nə yerdə olması barədə məlumat verməyib.

Dövlət Gömrük Komitəsi və digər qurumlar yalnız elektriklə çalışan avtomobillərə bəzi güzəştlər tətbiq edirlər, ancaq yenə də ölkəyə gətirilən hər elektrik avtomobilinin qiymətinin 15 faizi dəyərində rüsum ödənir.

Elektrik avtomobilləri ekoloji təmiz nəqliyyat vasitəsi olduğu üçün dünyanın bir çox ölkəsində bu vasitələrə çox cuzi vergi məbləği tətbiq edilir. Məqsəd insanlarda bu avtomobillərə maraq yaratmaq və ölkələrində benzinlə çalışan avtomobilləri elektriklə çalışan avtomobillə əvəz etməkdir.

Natiq Cəfərli

Natiq Cəfərli

Mənbə: Meydan TV

İqtisadçı Natiq Cəfərli deyir ki, elektrik avtomobilləri ilə bağlı gömrük rüsumu yoxdur, çünki motorunun həcmi kiçikdir:

“Bu, hökumətin lütfü, güzəşti deyil, ancaq avtomobillərin qiymətinin 15 faizi dəyərində əlavə dəyər vergisi ödəyir. Bir də gömrükdə rəsmiləşdirmə rüsumu var. Bu, çox deyil, 150 manat civarında olur”.

Natiq Cəfərli deyir ki, elektrik avtomobilləri ekoloji təmiz nəqliyyat vasitəsi olduğu üçün saylarının artması önəmlidir:

“Odur ki, ümumiyyətlə, rüsumlardan azad edilməlidir. Bir də bu cür avtomobillər daha təhlükəsizdir. Yeni modellər olduqları üçün onların istehsalında qəzalar zamanı təhlükəsizlik qaydalarına daha çox əməl olunur”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  11 İyun 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/g9lkpe

Ən çox baxılan