Nadir Qafarzadə

Mənbə: open.az

Başlıq: Nadir Qafarzadə

Nadir Qafarzadə: Borc içində üzürük

Müğənni toy qiymətlərində endirim etməyəcəyini deyir

“Borc içində üzürük. Pandemiya vaxtı çox çətinlik çəkdik”.

Bunu Meydan Tv-yə müğənni Nadir Qafarzadə deyib.

O bildirib ki, pandemiya dövründə toylar olmadığı üçün ifaçı və musiqiçilər maddi problemlərlə üzləşib: "İndi işlər yavaş-yavaş yoluna düşür. Yeni mahnılar yazdırırıq, aldığımız borcları qaytarırıq. Necə deyərlər: “Aldım qoz, satdım qoz”".

Nadir Qafarzadə toy qiymətlərində endirim etməyəcək.

O deyir ki, əksinə, bəzi həmkarları toy qiymətlərini qaldırıb: “Sözüm yanlış anlaşılmasın, bizi imkanlı adamlar toyuna çağırır, restoran da bahalı olur. Biz gedib heç kimin cibinə girmirik ki, məni toya apar. Toylarına dəvət edirlər və istədiyimizi də verirlər. Deməli, biz ona layiqik”.

Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən müəyyən şərtlərlə Azərbaycanda şənlik mərasimlərinin - toy, nişan, ad günlərinin keçirilməsinə icazə verib.

Bir ildən çox idi ki, ölkədə şənlik mərasimlərinin keçirilməsi pandemiya səbəbilə qadağan edilmişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/v2v9lc

Ən çox baxılan