“Müstəntiqlər vətəndaşların şəxsi həyatına müdaxiləni artıra biləcəklər”

Bundan əvvəl təxirə salına bilməyən hallarda müstəntiqlər məhkəmə qərarını gözləmədən telefon danışıqlarına qulaq asa bilir, poçt teleqraf yazışmalarını yoxlaya bilir, eyni zamanda rabitə vasitələrindən informasiyanı çıxara bilirdilər, insanları güdə də bilirdilər.

İndi bura elektron cihazların, informasiya kommunikasiya sisteminin, kompyuterlərin də məhkəmə qərarı olmadan götürülməsinə icazə veriləcək. Hüquqşünaslar deyir ki, bu hal sui-istifadəni biraz da çoxaldacaq. Bu yeni dəyişiklik məhkəmə qərarı olmadan vətəndaşın şəxsi həyatına biraz da müdaxiləçi səlahiyyət verəcək.

Ana səhifəXəbərlər“Müstəntiqlər vətəndaşların şəxsi həyatına müdaxiləni artıra biləcəklər”