Müsavat Partiyasının rayon təşkilatının sədri saxlanılıb

“Polis rəisilə ədavət Subatay Quluzadənin pay torpağını satmamasından sonra başlayıb”

Source:


“Polis rəisilə ədavət Subatay Quluzadənin pay torpağını satmamasından sonra başlayıb”

Avqustun 27-də səhər saatlarında Müsavat Partiyasının Göygöl rayon təşkilatının sədri Subatay Quluzadə polis tərəfindən saxlanılıb. Saxlanmaya səbəb olaraq Köşkü kəndində yaşayan müxalifət partiyası fəalının şəxsi həyətində neçə illərdir mövcud olan tövlənin qapısının məktəb istiqamətində açılması göstərilir.

Məlumatı partiyanın hüquqşünası Elman Fəttah Meydan TV-yə verib.

Elman Fəttah rayon təşkilatının üzvlərindən bu barədə məlumat alıb: “Sahə müvəkkili ondan tövlənin qapısını bağlamağı tələb edib. Sabutay bəy isə tövlənin qapısının neçə illərdir həmin istiqamətdə olduğunu bildirib. Bundan sonra müsavatçı saxlanılaraq Göygöl rayon polis şöbəsinə aparılıb”.

Ancaq Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı “Turan İA”-a bildirib ki, Subatay Quluzadənin saxlanması polis rəisi ilə aralarında əvvəllər mövcud olan ədavətlə bağlıdır. O, ədavətin nədən yarandığı barədə məlumat verməyib.

Bununla yanaşı Müsavat Partiyasının rayon təşkilatındakı mənbə “Turan İA”-a deyib ki, ədavət Subatay Quluzadənin pay torpağını satmamasından sonra başlayıb. S.Quluzadənin pay torpağının yerləşdiyi Goygöl qoruğu və Hacıkənd istiqamətində gedən yolun üzərində varlı adamların çoxsaylı villaları var.

Öz növbəsində Göygöl rayon polis şöbəsinin növbətçi hissəsindən “Turan İA”-a S.Quluzadənin saxlanma səbəbləri ilə bağlı məlumat verməkdən imtina ediblər.

Ana səhifəXəbərlərMüsavat Partiyasının rayon təşkilatının sədri saxlanılıb