Mənbə: Meydan TV

Müsavat Partiyası: Seçkilərin nəticəsi ləğv edilsin

Müsavat Partiyası 9 fevral növbədənkənar parlament seçkilərinin nəticələrinin ləğv edilməsi tələbi ilə bəyanat yaylb.

Bəyanatda seçkilərin demokratik seçkiqabağı mühit, müvafiq hüquqi baza və bərabər siyasi rəqabət olmadan keçirildiyi qeyd olunub:

“Növbədənkənar seçkilər keçirilməsinin səbəbləri aydın şəkildə izah edilməyib, seçkilər növbədənkənar olduğuna və qəfil təyin edildiyinə görə isə siyasi qüvvələr və ictimaiyyət seçkilərə hazırlaşa bilməyib. Müxalifətin və beynəlxalq orqanların seçki islahatı ilə bağlı təklifləri müzakirə olunmayıb”.

Müsavat Partiyası bildirib ki, səsvermə və səslərin hesablanması prosesi kütləvi pozuntularla müşayiət olunub. Azərbaycan parlamentinə seçkilər azad və ədalətli olmayıb, seçkilərin elan edilən nəticələri isə xalqın iradəsini əks etdirmir. Partiya tələb edir ki, növbədənkənar 9 fevral seçkilərinin nəticələri ləğv edilsin; ölkədə real siyasi islahatlar həyata keçirilsin; seçkiqabağı demokratik şərait yaradılsın; fundamental azadlıqlar təmin edilsin; siyasi məhbuslar dərhal azad edilsin; müxalifət və beynəlxalq təşkilatların təklifləri nəzərə alınmaqla, Seçki Məcəlləsinə dəyişikliklər edilsin; bərabər siyasi rəqabət şəraiti yaradılsın.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1n8n2o

Ən çox baxılan