Müharibə iştirakçısı evlə təmin olunacağına ümid edir

Müharibə iştirakçısı evlə təmin olunacağına ümid edir

Azər Vəliyev 13 il orduda xidmət edib. 2016-cı ilin Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. 27 sentyabrdan qatıldığı döyüşlərdə iki dəfə yaralanıb. Hərbi əməliyyatların son günü aldığı yaralar onu yatağa məhkum edib.

Müharibə iştirakçısı hazırda məzuniyyətdədir. Amma hərbi qulluqçuların maaşlarının iki dəfə aşağı salınması onun vəziyyətini xeyli ağırlaşdırıb. Azərin onun üçün ayrılacaq pensiyaya da ümidi yoxdur.

Müharibə izlərini üzərində daşıyan Azər müalicəsini də davam etdirmək məcburiyyətindədir. Hərbi hospitalda onu pulsuz müayinə etsələr də, müalicə xərclərini özü qarşılamalı olur.

Sağlamlığını qismən də olsa bərpa etməyə ümid edən müharibə iştirakçısı evlə təmin olunmasını istəyir.

Ana səhifəVideoMüharibə iştirakçısı evlə təmin olunacağına ümid edir