Mühacir ailə üzvlərinin polis şöbəsinə aparıldığını deyir

Yaxınları baş verənləri Hekayət Mirzəyevin fəaliyyəti ilə bağlayırlar

Source:
Biləsuvar
Biləsuvar
Biləsuvar
Biləsuvar


Yaxınları baş verənləri Hekayət Mirzəyevin fəaliyyəti ilə bağlayırlar

Almaniyada mühacirətdə olan Müsavat AKM-in Bayern Koordinatorluğunun üzvü Hekayət Mirzəyevin ailə üzvlərinin Biləsuvar Rayon Polis Şöbəsinə aparıldığı deyilir. Bu barədə o, öz “Facebook səhifəsində yazıb.

H.Mirzəyev deyir ki, iyulun 13-də, saat 13-14 radələrində heç bir səbəb olmadan anası Gövhər, qardaşları Kainat Səxavət oğlu, İyanət Səxavət oğlu və qayını Tofiq Mirzəxan oğlu Mirzəyevləri Biləsuvar rayon polis şöbəsinə aparıblar.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Mirzəyevlərdən izahat aldıqdan sonra buraxılıblar. İyulun 16-da isə H.Mirzəyevin qayınatası, qayınanası və qayını da şöbəyə aparılıb. Onlardan da izahat alındığı bildirilir. Yaxınları baş verənləri H.Mirzəyevin fəaliyyəti ilə bağlayırlar.

Hekayət Mirzəyev də ölkədəki qanunsuzluqlar barədə açıq danışdığına, hakimiyyəti sərt tənqid etdiyinə görə ailə üzvlərinin cəzalandırıldığı deyib.

H.Mirzəyevin Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun yaxın qohumu olduğu bildirilir.

Bu ilin aprelində “Leqat” İnteqrasiya Mərkəzi və “Avropost” qəzetinin təşkilatçılığı ilə Avropada yaşayan bir qrup azərbaycanlı tərəfindən hazırlanmış “Təqib sərhədd tanımır” adlı

hesabat

açıqlanıb. Hesabatda deyilir ki, xaricdə yaşayan fəalların hökuməti tənqidinə görə qohumlarının təqib olunması insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə yanaşı, ölkədən köçün və xaricdə sığınacaq axtaranların sayının da artmasına səbəb olur:

“Əldə edilmiş sənədlərlə müəyyən olunub ki, 200 nəfərdən çox şəxs xaricdə yaşayan qohumundan imtina etməyə məcbur edilib. 96 nəfərə yaxın şəxs qanunsuz saxlanılıb, 51 nəfər inzibati qaydada həbs edilib, 23 nəfər vəzifədən çıxarılıb və ya aşağı vəzifələrə təyin edilib və ya fəaliyyətinə qadağa qoyulub, 32 nəfər narkotik saxlama, qanunsuz sahibkarlıq, sənədləri saxtalaşdırma kimi qondarma ittihamlarla cinayət məsuliyyətinə cəlb edilib, 21 nəfər haqqında xaricdəki fəaliyyətinə ğörə cinayət işi başlanılıb”.

Biləsuvar Rayon Şöbəsindən Meydan TV-yə deyiblər ki, onlarda bu barədə məlumat yoxdur.

Ana səhifəXəbərlərMühacir ailə üzvlərinin polis şöbəsinə aparıldığını deyir