Mənbə: axsam.az

Müğənni Yaqub Zurufçu vəfat edib

Əməkdar artist koronavirusdan həyatını itirib

Sentyabrın əvvəlində COVİD-19 infeksiyasına yoluxan əməkdar artisti Yaqub Zurufçu vəfat edib.

Müğənni “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilimişdi.

“Report”un məlumatına görə, sənətçi bu gün müalicə aldığı xəstəxanada keçinib.

Müğənni süni nəfəs aparatına qoşulmuşdu.

Yaqub Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində doğulub.

O, ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb.

2009-cu ildə Azərbaycanın Əməkdar artisti adına adına layiq görülüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vfthwu

Ən çox baxılan