Müflisləşmə ilə bağlı iş üzrə məhkəmə baxışı qaydası müəyyənləşdi

Müflisləşmə dedikdə borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması başa düşülür və qanun banklar istisna olmaqla bütün kommersiya və qeyri-kommersiya təşkilatlarına şamil edilir.

Source: Meydan TV


Müflisləşmə dedikdə borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması başa düşülür

Azərbaycanda iflas haqqında iş üzrə məhkəmə baxışı qaydası müəyyənləşib. Aprelin 23-də Milli Məclisdə “Müflisləşmə və iflas haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə daxil olduğu gündən 1 ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır.

Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır.

İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 iş günü qalmış xəbərdar edilməlidir. Ərizə eyni zamanda məhkəmə baxışının tarixinə 5 iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə dərc edilməlidir.

Müflisləşmə dedikdə borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması başa düşülür və qanun banklar istisna olmaqla bütün kommersiya və qeyri-kommersiya təşkilatlarına şamil edilir.

Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu ondan ibarətdir ki, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki, borclu kreditorun irəli sürdüyü qanuni ödəmə tələbini ödəməyə qadir deyildir.

Bu halda borclu məhkəməyə iflas haqqında iddia ərizəsi verir və araşdırıldıqdan sonra müflis elan edilə bilər.

Ana səhifəXəbərlərMüflisləşmə ilə bağlı iş üzrə məhkəmə baxışı qaydası müəyyənləşdi