Müdafiə Nazirliyi: Polkovnik cəsədləri axtararkən minaya düşüb, şəhid olub

“Rusiya sülhməramlıları ilə birgə meyitlərin axtarılması şəraitində mina partlaması səbəbindən korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub”.

Source: Specify Source


Partlayış zamanı Rusiya sülhməramlılarının zabiti də yaralanıb

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli Suqovuşan kəndi yaxınlığında döyüşlərdə ölənlərin cəsədlərini axtararkən baş vermiş mina partlayışı nəticəsində həlak olub.

Azərbaycan Müdafiə Nazirliyi hadisəni təsdiqləyib. Qurumun Mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı “BBC News Azərbaycanca”ya deyib:

“Rusiya sülhməramlıları ilə birgə meyitlərin axtarılması şəraitində mina partlaması səbəbindən korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub”.

Vaqif Dərgahlı deyib ki, partlayış zamanı Rusiya sülhməramlılarının zabiti də yaralanıb.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, partlayış nəticəsində yaralanmış bir rusiyalı sülhməramlı zabit Bakıdakı hospital çatdırılıb, onun həyatı üçün heç bir təhlükə yoxdur.

Məlumata görə, partlayışda Qarabağda separatçıların "Fövqəladə Hallar Nazirliyinin" dörd əməkdaşı da zərər çəkib.

Məlumatda o da deyilir ki, axtarışa Azərbaycan hərbçiləri, rusiyalı sühməramlılar, Qarabağdakı separatçıların və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də cəlb olunub.

Polkovnik noyabrın 24-də Göyçayda dəfn olunacaq.

Yerli medianın məlumatına görə, Babək Səmidli Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən zabitlərdən biri olub.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: Polkovnik cəsədləri axtararkən minaya düşüb, şəhid olub