Müdafiə Nazirliyi: Azərbaycan ordusunun zabiti bədbəxt hadisə nəticəsində vəfat edib

Foto: APA

Rafiq Quliyevin çoxmərtəbəli avtomobil dayanacağından yıxıldığı bildirilir

Türkiyədə komando kursunda iştirak edən Azərbaycan ordusunun zabiti Rafiq Quliyev oktyabrın 9-da bədbəxt hadisə nəticəsində vəfat edib.

Bu barədə “Report” Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, kapitan Rafiq Quliyev təlim-məşqlər bitdikdən sonra şəhərdə olarkən ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılıb.

“Rafiq Quliyev dərhal xəstəxanaya təxliyə edilib, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb”, – deyə açıqlamada bildirilir.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi: Azərbaycan ordusunun zabiti bədbəxt hadisə nəticəsində vəfat edib