Müdafiə Nazirliyi: Azərbaycan hərbçisi şəhid olub

Müdafiə Nazirliyi qeyd edib ki, son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması halları artıb

Foto: Müdafiə Nazirliyi


Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində yenidən atəşkəs pozulub

Azərbaycan Ordusunun kiçik çavuşu Elşən Məmmədovun həlak olduğu bildirilir.

Müdafiə Nazirliyinin yaydığı

məlumat

da deyilir ki, Ermənistan ordusu Tovuz istiqamətində atəşkəsi pozub:

“Sentyabrın 21-də saat 09:20-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elşən Məmmədov şəhid olub”.

Müdafiə Nazirliyi qeyd edib ki, son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması halları artıb:

“Təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutulması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub. Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb. Belə ki, dünən gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində düşmənin daha bir taktiki PUA-sı məhv edilib”.

copy_of_untitled9.png
Elşən Məmmədov

Tovuzun Qazıqulu kənd sakini, 1982-ci il təvəllüdlü kiçik çavuş Elşən Məmmədov ailəlidir, 2 övladı var.

Ermənistan tərəf baş verənlərlə bağlı məlumat yaymayıb.

ABŞ Dövlət katibi Mayk Pompeo Ermənistanın müstəqillik günü ilə bağlı təbrikində Azərbaycan-Ermənistan arasında baş verənlərə də münasibət bildirib:

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə sadiq qalırıq və tərəfləri Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları mümkün qədər tez bərpa etməyə çağırırıq”.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: Azərbaycan hərbçisi şəhid olub