Mənbə: sputnik.ar

Mqer Qriqoryan: Ermənistan “DQR”-ə maliyyə dəstəyini davam etdirəcək

Dövlət ailə üzvləri həlak olmuş və ya yaralanmış ailələrə 1-5 milyon dram arası birdəfəlik yardım təqdim edib

Ermənistan hökuməti Dağlıq Qarabağdakı ermənilərə kömək etmək üçün 20 proqram işləyib hazırlayıb. Bu barədə aprelin 15-də Ermənistan parlamentində Baş nazirin müavini Mqer Qriqoryan bəyan edib.

O qeyd edib ki, yardım almış benefisiarların ümumi sayı 150 mini ötüb.

Qriqoryanın dediyinə görə, Ermənistan minimum 7-10 il ərzində Dağlıq Qarabağdakı ermənilərə təmənnasız maliyyə dəstəyi göstərəcək.

O, həmçinin Ermənistan hölumətinin gerçəkləşdirdiyi proqramı təfərrüatı ilə (göstərilmiş maliyyə yardımının miqdarını və benefisiarların sayını) açıqlayıb.

Baş nazir müavininin sözlərinə görə, müharibə nəticəsində ailə üzvləri itkin düşmüş 600 ailəyə ümumilikdə 1 milyard dram (1 dollar 521 dramdır) ödənilib. Hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbçilərə 6 ay ərzində 100 min dram verilib. Bu proqrama daxil olan benefisiarların ümumi sayı 265 nəfər olub ki, onlar ümumilikdə 200 milyon dram alıb.

Ermənistan hökuməti qaçqınlara sığınacaq verən ailələrə ümumilikdə 1.1 milyard dram verib. Bu cür ailələrin sayı 8410 olub.

Ermənistan hökuməti bununla yanaşı, 4210 tələbənin yarım illik təhsil haqqını qarşılayıb. Həmin proqramın ümumi büdcəsi 900 milyon dram təşkil edib.

Dövlət ailə üzvləri həlak olmuş və ya yaralanmış ailələrə 1-5 milyon dram arası birdəfəlik yardım təqdim edib. Beləcə, həmin proqram çərçivəsində ümumilikdə 56 ailəyə 200 milyon dram ödənilib.

“Biz, demək olar ki, üç böyük proqram gerçəkləşdiririk – sosial yardım, yaşayış yeri ilə təmin olunma və ziyanın ödənilməsi. Əminəm ki, ilboyu bu proqram çərçivəsində işləyəcəyik”, – Qriqoryan deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2w46kt

Ən çox baxılan