Moskva, 10 avqust mitinqi

Mənbə: Foto: https://www.novayagazeta.ru

Başlıq: Moskva, 10 avqust mitinqi

Moskvada son 8 ilin ən böyük mitinqi keçirilib

Aksiyada saxlanılanlar var

Moskvada polis ədalətli seçki və müstəqil monitorinq tələb edən on minlərlə insanın iştirak etdiyi müxalifətin etiraz aksiyasında 250-dən çox adamı saxlayıb, - Azadlıq Radiosu xəbər verir.

Mitinq 2011-ci ildən bəri müxalifətin keçirdiyi ən böyük mitinq hesab olunur.

Müstəqil müşahidəçilərin bildirdiyinə görə, avqustun 10-da 60,000-ə qədər adam Rusiya paytaxtının kənarında təşkil edilmiş mitinqdə iştirak edib və qarşıdan gələn bələdiyyə seçkilərində müstəqil namizədlərin səsvermədə iştirak etmələrinə icazə tələb edib.

Polis qeyd edir ki, bu rəqəm 20,000 olub.

Aksiyaya rəsmi icazə verilib. Yüslərlə insan daha sonra paytaxtın başqa hissələrində, əsasən Prezident Administrasiyasının yanında toplaşıblar. Bu cəhdlər dəbilqəli polislərin 256 nəfəri həbs etməklə nəticələnib, - müstəqil siyasi müşahidəçi “OVD-İnfo” xəbər verir.

Moskva polisi deyib ki, cəmi 136 nəfər "Moskvanın mərkəzində icazəsiz nümayiş zamanı müxtəlif qanun pozuntularına görə" tutulub.

“OVD-İnfo” qeyd edib ki, 79 nəfər Sankt-Peterburqda, 13 nəfər Rostov-on-Donda, 2 nəfər Bryanskda, digər 2 nəfər isə Sıktıvkarda nəzarətə götürülüb. Həmrəylik mitinqləri bir sıra başqa şəhərlərdə, o cümlədən Yekaterinburq, Vladivostok və Krasnodarda yerli sakinləri izdihama cəlb edib.

Yekaterinburqda yüzlərlə nümayişçi bir araya gələrək "çarı devirək " və digər hökumət əleyhinə şüarlar səsləndirib.

Moskvada əvvəlki 27 iyul və 3 avqust tarixlərində keçirilmiş iki icazəsiz mitinq zamanı polis etirazçıları dəyənəklərlə döymüşdü və 2300-dən çox adamı saxlamışdı. Hüquq müdafiə təşkilatları və Qərb hökumətləri rus polisini bu davranışlarına görə qınayıb.

Lakin Rusiya hakimiyyəti sentyabrda keçiriləcək bələdiyyə seçkilərində iştirakına qadağa qoyduğu namizədlərə münasibətini dəyişməyib.

Avqustun 10-da on minlərlə etirazçı yağışda Moskvanın Saxarov prospektində icazəli etiraz aksiyasına toplaşıblar. Bu təşkilatçıların mitinq üçün istədikləri yer olmayıb.

İştirakçılar Sovet gizli polisinə istinadla Rusiya Prezidenti Vladimir Putinə və "çekist dövlət" əleyhinə şüarlar səsləndiriblər.

Mitinq şəhər mərkəzinə doğru uzanmasın deyə polis ərazini mühasirəyə alıb.

Aksiya bitəndən bir neçə saat sonra Moskvanın mərkəzində etirazçılar təkrar bir araya gələrək "Putin oğrudur!" və "Rusiya azad olacaq!" şüarını səsləndiriblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/syk0b9

Ən çox baxılan