Mitinqöncəsi saxlanılanlar var (yenilənir)

İctimai fəal Qiyasəddin İbrahimov anası Şura Əmiraslanova da səhər işə gedərkən saxlanılıb və hazırda 25-ci polis bölməsindədir

Source: google.az

***

1630. İctimai fəal Qiyasəddin İbrahimovun anası Şura Əmiraslanova sərbəst buraxılıb.

***


Bir neçə AXCP üzvü sutkalıq həbs cəzası alıb

Demokratik Qüvvələrin Milli Şurasının 19 may mitinqindən əvvəl 10 nəfərdən çox şəxs inzibati həbs cəzası alıb.

Məlumat Meydan TV-yə AXCP-dən daxil olub.

Bildirilib ki, həbs olunanlardan 5 nəfəri inzibati qaydada 60 sutka cəza alıb. Onların arasında Rəyasət Heyətinin üzvü İlham Hüseyn də var. Jurnalist, beynəlxalq təşkilatların vaxtilə siyasi məhbus kimi tanıdığı Seymur Həzi də saxlanılıb. O, 10 sutka azadlıqdan məhrum edilib.

Partiyanın Nizami Rayon Təşkilatının sədri Paşa Umudov isə 3 ay müddətinə həbs edilib. Ona qarşı CM-in 234.2-ci (qanunsuz narkotik dövriyyəsi) maddəsi ilə cinayət işi açılıb. Partiya üzvüləri Saqif Qurbanov, Əliağa Məmmədov 30 sutka, Murad Sultanov, Nicat Nizamov və Yalçın Abdullayev isə 15 sutka inzibati həbs cəzası alıblar.

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin yaydığı məlumata görə, partiyanın məclis üzvü Azər İsmayıl Sabirabad rayonunda saxlanılıb:

“Onu əmisinin yas mərasimindən Sabirabad polisinə aparıblar. O cümlədən, Kürdəmir təşkilatından Baha Mikayılov 15 sutka inzibati cəza alıb:

“Agahüseyn Mahmudbəyli (Mingəçevir), Bakıxan Qəribli (Şəki), Saday Hacılı (Şirvan), Ramazan Hacırza Əliyev, (Xaçmaz), Tarif Əliyev (Astara), Ceyhun Məmmədli, Zülfi İbrahimli (Zərdab), Rizvan Ağayev (Oğuz), Azər Əsgər (Cəlilabad), Aqil Mahmudov (Göyçay), Ramiz Abdulla (Masallı), Cəfər Səfərli, Qoşqar Nuralıyev (Biləsuvar) həbs cəzası alıblar”.

İctimai fəal Qiyasəddin İbrahimovun anası Şura Əmiraslanova da səhər işə gedərkən saxlanılıb və hazırda 25-ci polis bölməsindədir. Q.İbrahimovun yaydığı məlumata görə, onun arxasınca gedən atası da saxlanılıb.

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinq üçün müraciətinə Lökbatan qəsəbəsini göstərib. Ancaq DQMŞ aksiyanın oktyabrın 19-da saat 15-ə “28 may” metrostansiyasının qarşısında keçirəcəklərini bəyan edib.


Bu gün səhər

dən 28 may metrostansiyanın fəaliyyəti dayandırılıb, ərazi polis mühasirəsindədir və internet kəsilib.

Ana səhifəSiyasətMitinqöncəsi saxlanılanlar var (yenilənir)