Milliyyətçi Gənclər Təşkilatı seçkidə iştirak edəcək

Blokun təməl məqsədi, qeyd olunan ideoloji,kültürəl-mədəni axını MGT namizədilə tərəfindən geniş kütlələrə çatdırmaqdır

Source:


Blokun təməl məqsədi, qeyd olunan ideoloji,kültürəl-mədəni axını MGT namizədilə tərəfindən geniş kütlələrə çatdırmaqdır

Bu barədə təşkilat Facebook səhifəsində məlumat yayıb. Bildirilir ki, təşkilatın namizədi Emil Saidlar (Əliyev) 1981-ci ildə Füzuli rayonunda doğulub, Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib. Tempus Layihəsi çərçivəsində Bank və Maliyyə ixtisasına yiyələnib. 2011-ci ildə Kanadanın Vankuver şəhərində Beynəlxalq Ticarətin İdarəolunması ixtisası üzrə təhsil alıb.

Emil Saidlar İqtisad Universitetindəki tələbəlik illərində ictimai birlik – Bütöv Azərbaycan Birliyi Gənclər təşkilatında sədr müavini kimi fəaliyyət göstərmiş, o dövrdə itirilmiş tarixi torpaqlarla bağlı Güney Azərbaycanda yayılması üçün nəzərdə tutulan kitabçanın müəllifidir.

Peşəkar karyerasına bank sistemində başlamış, filial müdiri, departament müdiri vəzifələrində çalışmış, sonralar Bakı Ərzurum Boru kəmərilə baglı audit layihələrində qrup rəhbəri, müxtəlif şirkətlərdə direktor, baş direktor vəzifələrində çalışıb.

MGT namizədi 2009-cu ildən 2014-cü ilə qədər Kanadanın Vankuver şəhərində yaşamış, müxtəlif şirkətlərdə satınalma, logistika və marketing sahələrində işləyib. Bakı 2015 Avropa Oyunları Əməliyyat Şirkətində Obyektlərin Logistika Meneceri vəzifəsində çalışıb.

Ailəlidir, bir oğlu var.

Namizədin platformasında bildirilir ki, 2003-cü ildən sonra heç bir siyasi təşkilata bağlı olmayan, iqtidar və ənənəvi, klassik müxalifət çəkişmələrində iştirak etməyən, yeni nəsil milliyyətçi gənclik formalaşıb ki, təməl istəkləri akademik-elmi, kültürəl-ideoloji milliyyətçilik olmaqdadır. Təbii ki, heç bir siyasi ya qeyri-siyasi mərkəzə bağlı olmayan, milliyyətçi toplumun özəyi olaraq MGT, bu axının qorunması, hər hansı siyasi gücün, partiyanın əlində istifadə olunmaması üçün özünün təmsilçisini parlamentdə görmək istəyir.

MGT ictimai təşkilat olaraq daha çox ideoloji, mədəni axın olduğu üçün təşkilatın xəttinə ən uyğun namizədinin elanı ilə öz blokunu yaratmış olur. Blokun təməl məqsədi, qeyd olunan ideoloji,kültürəl-mədəni axını MGT namizədilə tərəfindən geniş kütlələrə çatdırmaqdır. Bu səbəblə blok təmsil etdiyi milliyyətçi kütlənin ideoloji təməllərini nəzərə alaraq “Milliyyətçi Hərəkat” adlanmaqdadır.

“Milliyyətçi Hərəkat”-ın geniş kütlələr tərəfindən dəstəkləndiyi və parlamentdə təmsilçiliyi qazanacağı halda, təmsil etdiyi toplumun məsələlərini parlamentdə gündəmə gətirəcək, qanunvericilikdə aktiv iştirak edərək islahatlarda öz töhfələrini verəcəkdir.

Ana səhifəXəbərlərMilliyyətçi Gənclər Təşkilatı seçkidə iştirak edəcək