Milli musiqi alətlərinin ustası

Tara həvəsli olan Mahir usta özü də tar hazırlamaq qərarına gəlib

Source:
Usta Mahir hər gün 7-8 saat bu kiçik otaqda oturub işləyir

Mahir Vələdov 1964-cü ildə Şəkidə anadan olub. Uşaqlıqda musiqiyə həvəsi olduğuna görə valideynləri tar məktəbinə qoyur. Musiqi məktəbini bitirdikdən sonra musiqi texnikomuna daxil olur. Tara həvəsi olduğundan Mahir usta özü tar hazırlamaq qərarına gəlir.

40 ilə yaxındır ki, musiqi alətləri hazırlamaqla məşğuldur. Günün 10-12 saatını musiqi aləti hazırlamaqla keçirir.

Mahir usta deyir ki, tək tar hazırlamır, digər musiqi alətlərini də hazırlamağı bacarır. “Bütün milli musiqi alətlərini hazırlayıram. Tütək, zurna balaban, tar, kamança və s. Hətta türk sazını da hazırlayıram”.

Ən çox tar və kamançaya da həvəs var. “Turistlər daha çox tütək, zurna alırlar” – deyir Mahir usta.

Usta Mahir hər gün 7-8 saat bu kiçik otaqda oturub işləyir
Usta Mahir hər gün 7-8 saat bu kiçik otaqda oturub işləyir
Hazırlanan musiqi alətləri
Hazırlanan musiqi alətləri
Şəkiyə gələn turistlər daha çox milli alətlərin suvenirlərini aldıqlarına görə Mahir usta da kiçik işlər düzəldərək satır

Turistlər üçün maraqlı olsun deyə gitara musiqi alətinin hazırlayır

Mahir usta deyir ki, bir musiqi alətini hazırlamaq üçün 1 ildən çox vaxt lazım olur

Hazırlanacaq suvenirin ilkin görünüşü
Hazırlanacaq suvenirin ilkin görünüşü
Klassik alətlərdən başqa milli alətlərimizin də suvenirlərini hazırlayır

Mahir usta deyir ki, musiqi alətlərinin ustası gərək yaxşı  musiqiçi də olsun ki, alətləri həm kökləməyi bacarsın, həm səsinə fikir versin

Mahir usta son zamanlar zurna və balaban da hazırlayır

Mahir usta bir çox beynəlxalq və yerli mükafatlarla təltif olunub

Ana səhifəFotoreportajMilli musiqi alətlərinin ustası