Milad günü Honq Konqda qarşıdurmalara son qoymayıb

Honq Konq lideri Carrie Lam deyib ki, bir çox sakin və turistin Milad şənlikləri “bir qrup ehtiyatsız və eqoist iğtişaşçılar tərəfindən məhv edilib”.

Source: Foto: arxiv


Polis gözyaşardıcı və bibər qazından istifadə edərək, onları dağıtmağa çalışıb

Honq Konqda Milad günü polis və demokratiya tərəfdarları arasında baş verən toqquşmalarsız ötüşməyib, – BBC xəbər verir.

Alış-veriş bölgələrində nümayişçilər yenidən toplandığı üçün polis gözyaşardıcı və bibər qazından istifadə edərək, onları dağıtmağa çalışıb.

Son etirazlar Milad ərəfəsində başlayıb. Polisin yanacaqlı bomba atan aktivistlərlə qarşıdurması müşahidə edilib.

Honq Konq lideri Carrie Lam deyib ki, bir çox sakin və turistin Milad şənlikləri “bir qrup ehtiyatsız və eqoist iğtişaşçılar tərəfindən məhv edilib”.

“Bu cür qanunsuz hərəkətlər yalnız bayram əhval-ruhiyyəsini sarsıtmayıb, həm də yerli müəssisələrə mənfi təsir göstərib”,- o vurğulayıb.

Etirazlar iyun ayında şübhəlilərin Çinə təhvil verilməsinə imkan verəcək qanun layihəsinə qarşı başlayıb.

Daha sonra qanun layihəsi geri götürülüb, lakin nümayişlər o vaxtdan etibarən polis vəhşiliyini və demokratik islahatları araşdırmağı tələb edən daha geniş bir hərəkata çevrilib.

Son həftələrdə xeyli dinc keçən etiraz aksiyaları bayram mövsümündə qarşıdurmaya çevrilib.

Çərşənbə günü yüzlərlə fəal alış-veriş mərkəzlərində “Honq Konqu azad edin! Dövrümüzün inqilabı!” kimi şüarlar səsləndiriblər. Polis bibər qazı istifadə edib, bir neçə nəfər həbs edilib.

Honq Konq 1997-ci ilə qədər ingilis müstəmləkəsi olub, bundan sonra o, Çinə “bir ölkə, iki sistem” tənzimləməsi ilə geri qaytarılıb.

Razılaşmaya görə Honq Konq Çindən yüksək muxtariyyətə sahib olmalıdır. Sakinlər Çinin əsas ərazisində məskunlaşanlara nisbətən daha çox azadlıqlara sahibdirlər.

Ana səhifəDünyaMilad günü Honq Konqda qarşıdurmalara son qoymayıb