Metaləritmə zavodu

Mənbə: google.az

Başlıq: Metaləritmə zavodu

Metaləritmə zavodunda partlayış olub, ölən var

Ölən fəhlənin kimliyi açıqlanmayıb

Yanvarın 11-də Qobustan qəsəbəsindəki Metaləritmə zavodunda partlayış olub.

Məlumatı Qaradağ Rayon Prokurorluğu yayıb. Bildirir ki, partlayış müəssisədə çalışan fəhlənin metal əritmək üçün nəzərdə tutulmuş isti sobaya metal qırıntıları atdığı zaman baş verib. Həmin şəxs aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

“Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib” – deyə, məlumatda bildirilir.

Prokurorluq ölən fəhlənin kimliyini açıqlamayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8z1lyn

Ən çox baxılan