Qarabağ: ermənilər niyə məscidi bərpa edirlər?

Layihəyə Ermənistan, qondarma Dağlıq Qarabağ Respublikasının de-fakto hakimiyyəti, İran fondu və Qazaxıstan oliqarxı cəlb olunub

Source: JAMnews

Layihəyə Ermənistan, qondarma Dağlıq Qarabağ Respublikasının de-fakto hakimiyyəti, İran fondu və Qazaxıstan oliqarxı cəlb olunub


JAMnews

-un materialı əsasında:

Qarabağın Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bərpası, – o, 1992-1994-cü illərdə Qarabağ müharibəsi zamanı güclü şəkildə zərər çəkib, – yəqin ki, yerli ictimaiyyəti narahat etməli idi. Böyük ehtimalla yerli camaatın çoxu ora hər gün gəlməli, işin gedişatını izləməli və Qarabağ üçün bu olduqca qeyri-adi hadisəni müzakirə etməli idi.

Lakin JAMnews-un reportyoru inşaat yerinə gələndə ora kifayət qədər sakit görünürdü. Tikinti meydançasında bir neçə fəhlə vardı, məscidin qarşısında iki oğlan uşağı velosiped sürürdü. Bir də yanaşı beşmərtəbəli yaşayış binaların sonuncu mərtəbəsində iki yaşlı qadının pəncərədən söhbətləşdiyi eşidilirdi.

Vəssalam. Sanki adi yaşayış binası tikilirdi. Hərçənd inşaat dəmirlərinin arxasında minarələr ucalırdı. Bu mənzərə müharibədən sonrakı Qarabağ üçün, demək olar ki, unikal idi.

Gövhər Ağa məscidinə çoxdandır gəlib-gedən yoxdur, səbəb heç də onun 25 ildən artıqdır ki, yarımxaraba vəziyyətində olması deyil. Bərpa işləri bitəndən sonra onsuz da heç kəs ora ibadət etməyə gedən deyil.

Qarabağ münaqişəsinin müharibə mərhələsindən əvvəl 1990-cı illərdə Şuşa əhalisinin əsas hissəsi azərbaycanlılardan ibarət idi. Lakin onların hamısı müharibə dönəmində öz evini tərk edib və artıq 30 ilə yaxındır ki, burda təkcə xristian ermənilər yaşayır.


İran, Qazaxıstan və Gövhər Ağa məscidi

“Dini və ya mədəni mənsubiyyətindən asılı olmayaraq, bizim üçün bu, tarixi-mədəni irsin qorunmasıdır”, – Dağlıq Qarabağın Mədəniyyət və İdman Nazirliyinin mədəni abidələr şöbəsinin başçısı Arman Qriqoryan JAMnews-a deyib.

Bərpaya görə Ermənistanın “Şərqi tarixi irsin bərpası” fondu məsuliyyət daşısa da, tikinti işləri “İKOMOS-Ermənistan” və “İKOMOS-İran” təşkilatının dəstəyi ilə iranlı mütəxəssislərlə sıx əməkdaşlıqda aparılır.

Yerli əhali tikilini İran məscidi kimi tanıyır, bərpa işlərinin maliyyələşdirilməsində İranın fəal iştirakını da məhz bununla izah edirlər.

Hərçənd nəticədə layihəni tamam başqa tərəf maliyyələşdirib.

Məscidin birgə bərpa

proqramına

əvvəlcə “Ermənistanın İnkişafının Təşəbbüs”ü fondu (IDeA Foundation), “Dağlıq Qarabağ Respublikası”nın “hökumət”i və Ermənistanın “Şərqi tarixi irsin bərpası” fondu başlayıb.

Məscid təmizlənib və hasarlanıb

İranlı mütəxəssislər 2017-ci ildə bərpa layihəsini başa çatdırıblar. 2018-ci ilin yanvarında isə əsas donorun qazaxıstanlı biznesmen Kayrat Boranbayevin olduğu elan edilib.

“Forbes”-in 2019-cu ilin may ayına olan məlumatına görə, Boranbayev Qazaxıstanın 50 nəfərlik ən varlı biznesmen siyahısında 13-cü yeri tutur. Üstəlik o, Qazaxıstan, Belarus və Rusiyada McDonald”s şəbəkəsinə malikdir. Boranbayev Qazaxıstanın keçmiş prezidenti olsa da, hələ də qüdrətli lider Nursultan Nazarbayevin yaxın qohumudur: onun qızı Alina Boranbayeva sabiq

prezidentin

nəvəsi Aysultan Nazarbayevlə ailə qurub.

Bərpanın maliyyəsi birbaşa deyil, “Ermənistanın İnkişafı Təşəbbüsü” (IDeA) fondu vasitəsi ilə həyata keçirilir.


Bakıdan tarixi məlumatlar


Şahin Rzayev, Bakı

Şuşadan olan məcburi qaçqınlar JAMnews-la söhbət zamanı öz keçmişlərini və Gövhər ağa məscidini xatırlayırlar.

Yuxarı Gövhər Ağa məscidi: Şuşalılar danışır


Gövhər Ağa məscidinin tarixi

Gövhər Ağa məscidinin şuşalılar arasında ikinci məşhur adı “Yuxarı məscid”dir, belə ki, o, şəhərin yuxarı hissəsində işlənir.

Şuşanın yerli sakini, tarix muzeyinin müdiri Aşot Arutyunyan deyir ki, Şuşada daha 12 mədrəsə olub. İndi onların hamısı yarımxaraba vəziyyətindədir.

Şuşanın “Yuxarı məscid”i Şuşanın əsasını qoyan Pənahəli xanın nəvəsi Gövhərbəyim ağanın sifarişi ilə 1883-cü ildə yenidən tikilib. Məsciddə bərpa işlərini memar Kərbəlayi Səfixan Qarabaği aparıb.

Gövhər Ağa Qarabağ məscidlərinin ənənəsinə uyğun düzəldilib – daş sütunlar yarımdairəvi günbəzi örtən ikimərtəbəli qalereyalar yaradır.

Məscidin əsas fasadındakı yazılar – “Quran”dan ərəb dilində surələr qalıb və hazırda bərpa olunur.

Məscid sovet dönəmində Tarix muzeyi kimi fəaliyyət göstərib, iki dəfə bərpa olunub və kafi vəziyyətdə olub.


Qarabağ münaqişəsi (JAMnews)

1991-1994-cü illərdə erməni-azərbaycanlı hərbi qarşıdurması başlayıb. Şuşa şəhəri yuxarıda yerləşdiyindən ordan Stepanakerti və yaxınlıqdakı erməni kəndlərini atəşə tutmaq olurdu.

Azərbaycan ordusu bu üstünlükdən fəal şəkildə istifadə edirdi. Odur ki, şəhər üzərində nəzarət hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edirdi.

1992-ci il mayın 8-də şəhər uğrunda amansız döyüşlər getməyə başladı. Erməni qüvvələr Şuşanı aldı, azərbaycanlı əhali şəhəri tərk etdi.

Britaniyalı jurnalist və yazıçı Tomas de Vaal Qarabağ münaqişəsi haqqında yazdığı

“Qara bağ” kitabında

Şuşa faciəsinə fəsil həsr edib.

Gövhər Ağa məscidi bu döyüşlər zamanı ciddi zərər çəkib. Bu illər ərzində onun divarlarında artilleriya mərmilərinin izləri olub.

1994-cü ildə elan olunan atəşkəsdən sonra “Dağlıq Qarabağ Respublikası” Ermənistan da daxil olmaqla, dünyanın heç bir ölkəsinin tanımadığı de-fakto müstəqil respublika kimi mövcuddur. Azərbaycan Qarabağı və onun ətrafındakı əraziləri müharibə zamanı işğal olunmuş sayır və onların qayıtmasını tələb edir.

Münaqişə tərəfləri müntəzəm olaraq təmas xəttində döyüşlər haqqında xəbər verir və bir-birini təxribatda günahlandırır.


Albert Voskanyan məscidi bərpa etmək qərarı ilə bağlı Şuşa sakinləri arasında sorğu aparıb


Bərpanın əleyhinə çıxanlar, xarakterik şərhlər:

“Bu gedişlə bir ildən sonra orda molla da azan verəcək, müsəlmanları namaza çağıracaq və 1988-1990-cı illərdə olduğu kimi erməni əhalisini qırmağa çağıracaq”.

“Bu, hakimiyyətlərin bir-birinə yaltaqlanmasından savayı bir şey deyil – bildiyiniz siyasətdir. Gerisi isə sadəcə təfərrüatdır. Onu bu ölkəni işğal edənlər tikib, onların qoyduğu izlərin qayğısına qalmağa nə hacət? Bizim öz məbədlərimiz yarımxaraba vəziyyətindədir”.

“Minlərlə ailə evsizdir, burda isə məscidin bərpasına pullar xərclənir, utanmaq lazımdır”.


Bərpanın tərəfdarları, xarakterik şərhlər:

“Səbəblər kəskin olsa belə, mədəniyyət insanlar arasındakı münaqişədən və nifrətdən zərər çəkməməlidir. İndi bu məscid Arsaxın mülküdür və onu bərpa etməmək ətrafında gəzən söhbətlər ölkənin mədəni irsinə xor baxmaqdan savayı bir şey deyil”.

“Onu bərpa etmək düzgün qərardır! Xristianlıq məhz bunu deyir! Hörmət etmək və dağıtmamaq! Bu, atılması mümkün olmayan tarixdir, onlar orda yaşayıblar və məscid əslində bu şəhərin tarixinin bəzəyidir”.

“Azərbaycanlılar məscidi özününkü sayıb və ora ibadətə gediblər. İndi onlar burda yaşamırlar, amma bu, məbədi tövləyə döndərmək, ya da onu dağıtmaq üçün səbəb deyil”.

“Mən mədəni abidələrin harda yerləşməsindən asılı olmayaraq, onların dağıdılmasının əleyhinəyəm. İranda bizim məbədləri qoruyub saxlayır və bərpa edirlər. Onlar yad dinə qayğı ilə yanaşırlar, biz də niyə belə etməyək ki? Üstəlik, burda nə problem var? Daha bir görməli məkan meydana gələcək”.

Ana səhifəXəbərlərQarabağ: ermənilər niyə məscidi bərpa edirlər?