Mərkəzi Bank

Mənbə: Meydan TV

Başlıq: Mərkəzi Bank

Mərkəzi Banka 218 milyon avro dəyərində yeni bina tikilir

Məqalə yeniləndi:  13 Yanvar 2021

Tikintini “Tekfen Holdinq” aparacaq

Azərbaycan Mərkəzi Bankı yeni bina tikdirir. “Reuters”in məlumatına görə, yeni inzibati binanın tikintisi ilə bağlı Türkiyənin "Tekfen İnşaat" şirkəti ilə müqavilə imzalanıb. Məlumata əsasən, layihənin dəyəri 218 milyon avrodur.

"Tekfen Holdinq" verdiyi açıqlamada layihə inzibati binanın mühəndislik, avadanlıq, təchizat işlərini əhatə edəcəyini bildirib.

Hələ 27 fevral 2020-ci ildə Mərkəzi Bankın Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev Prospekti, 109 ünvanda yerləşən “Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni inzibati binası”nın detallı layihələndirmə işləri və tikintisi üçün tender elan edilmişdi. Nəzərdə tutulan ərazi 33 200 m2, ümumi mərtəbə sahəsi: 67 926 m2, binanın hündürlüyü: təqribən 160 m nəzərdə tutulub.

Ötən ayın 25-də Türkiyənin “Haberglobal” saytı “Tekfen Holdinq”ə istinadən bildirmişdi ki, şirkət Mərkəzi Binanın tikintisini aparacağı ilə bağlı məktub alıb, tenderin qalibi olub.

Bu inşaat şirkətinin 50 faizinin Azərbaycanın Neft Şirkətinə məxsus olduğu bildirilir.

Hələ 2017-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov yerli mətbuata Mərkəzi Bankın köçürüləcəyini demişdi:

"Mərkəzi Bankın yeri ora deyildi. Bakının Baş planına görə də binanın tikintisi orada aparılmalı deyildi. Ona görə ki, Füzuli küçəsində dayanan zaman Sabunçu vağzalı görünməlidir. Hazırda Heydər Əliyev prospektində Mərkəzi Bankın inzibati binası tikilir. Heydər Əliyev prospektində Mərkəzi Bankın binasının tikildiyini eşidəndə çox şad oldum".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  13 Yanvar 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/i2modp

Ən çox baxılan