Merkel Moldovanı islahatlarda davamlı olmağa çağırıb

Sandu Moldovaya verdiyi dəstəyə görə Merkelə təşəkkür edib.

Source:


''Avropa Komissiyası açıq şəkildə bəyan edib ki, qurum bu yolda Moldovaya kömək edəcək və Almanya da eyni yardımı əsirgəməyəcək''

Alman kansleri Angela Merkel Moldovanın yeni Avropayönümlü hökumətini islahatları davam etdirməyə və korrupsiyaya qarşı mübarizəni gücləndirməyə çağırıb.

Azadlıq Radiosu xəbər verir ki, alman kansleri Kişinyevə islahatlar yolunda dəstək verəcəyini də deyib.

"Avropa Komissiyası açıq şəkildə bəyan edib ki, qurum bu yolda Moldovaya kömək edəcək və Almanya da eyni yardımı əsirgəməyəcək," – Merkel iyulun 16-da Berlində keçirilən mətbuat konfransında Moldovanın Baş naziri Maya Sanduya (Maia Sandu) bildirib.

Sandu Moldovaya verdiyi dəstəyə görə Merkelə təşəkkür edib.

Milli marşlar çalınarkən Merkel yenə də Sandu ilə birlikdə onlar üçün təyin edilmiş oturacaqlarda oturub.

Alman kanslerinin bu qeyri-adi qarşılama adəti ilk dəfə iyul ayının 11-də Danimarka Baş nazirinin ziyarəti zamanı müşahidə edilib. Bundan öncə Merkelin ayaq üstdə durarkən titrəyən görüntüləri yayınlanmışdı.

İyulun 17-də 65 yaşına girən Merkel iyun ayının ortalarında baş vermiş ilk sarsıntının psixoloji təsirinin nəticəsi olaraq artıq qonaqları oturaq şəkildə qarşıladığını göstərib.

Alman kansleri hələ də ictimai cədvəlinə sadiq qalır, görüşlərini davam etdirir.

Ana səhifəDünyaMerkel Moldovanı islahatlarda davamlı olmağa çağırıb