Menşov vəfat edib

Sənətçiyə ikitərəfli pnevmoniya və tənəffüs çatışmazlığının üçüncü mərhələsi diaqnozu qoyulubmuş.

Source: Specify Source


O, daha çox “Moskva göz yaşlarına inanmır” filmi ilə tanınırdı

Sovet və Rusiya kinorejissoru, aktyoru, ssenaristi, prodüseri, “Mosfilm” kinostudiyasının idarə heyətinin üzvü 82 yaşlı Vladimir Menşov vəfat edib.

Kinostudiyanın saytında yerləşdirilən məlumata görə, xəstəxanaya yerləşdirilən zaman həkimlər COVİD-19 virusuna yoluxmuş Menşovun oksigen saturasiyanın aşağı – 89 faiz olduğunu görüblər.

Sənətçiyə ikitərəfli pnevmoniya və tənəffüs çatışmazlığının üçüncü mərhələsi diaqnozu qoyulubmuş.

Vladimir Menşov 1939-cu il sentyabrın 17-də Bakıda doğulub.

Vladimir Menşov – Rusiya Federasiyası Kinematoqrafçılar Birliyinin üzvü, RSFSR-in Xalq artisti, Dövlət mükafatı laureatıdır.

1970-1976-cı illərdə “Mosfilm”, “Lenfilm” və “Odessa” kinostudiyalarında müqavilələr əsasında işləyib.

O, “Rəsm”, “Sevgi və göyərçinlər”, “Moskva göz yaşlarına inanmır” filmlərini çəkib.

Rejissorun “Moskva göz yaşlarına inanmır” “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatına layiq görülüb.

Ana səhifəMədəniyyətMenşov vəfat edib