Mehman Hüseynovun təxribatla üzləşdiyi bildirilir

Bu barədə bloqqerin dostları “Facebook”da yazıblar

Source:


Bu barədə bloqqerin dostları “Facebook”da yazıblar

Bloqqer Mehman Hüseynovun təxribatla üzləşdiyi xəbəri yayılıb. Bu barədə onun dostları “Facebook”da yazıblar. Bildirirlər ki, günorta evdən çıxandan onu naməlum adamlar izləməyə başlayıb.

“Mehman Hüseynov bərbərə gedib. Ancaq orada da eyni adamların ətrafda dolaşdığını görüb. Salondan çıxanda həmin şəxslərdən biri yaxınlaşaraq Mehman Hüseynova çiyinlə toxunub. Ardınca bloqqerin qolundan tutaraq onu davaya çəkmək istəyib. Bunun təxribat olduğunu düşünən M.Hüseynov ərazidən qaçıb” – deyə bloqqerin dostları yazır.

Dostları onu da deyirlər ki, Mehman Hüseynov ehtimal edir ki, olanlar jurnalist Seymur Həziyə edildiyi kimi onu da təxribata çəkərək xuliqanlıqda ittiham etmək istəyidir.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Mehman Hüseynovla əlaqə saxlamağa çalışıb. Lakin hazırda bloqqerin telefonuna zəng çatmır.

Mehman Hüseynov bir müddət öncə Bakı polisinə çağrılmışdı. Ona sosial şəbəkələrdəki statusları ilə bağlı iradlar bildirilmişdi.

Ana səhifəXəbərlərMehman Hüseynovun təxribatla üzləşdiyi bildirilir