Mehman Hüseynov

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Mehman Hüseynov

Mehman Hüseynov: Bəzi məntəqə sədrlərini, komissiya üzvlərini cəzalandırıb, işsiz qoyublar

"Azərbaycan xalqı sizi də tanıyır, məni də"

Video-bloger Mehman Hüseynov Mərkəzi Seçki Komissiyasının (MSK) 6 yanvar iclasında iştirak edib.

Bu barədə Meydan TV-yə danışan Mehman Hüseynov deyib ki, o, saxta “Bələdiyyə seçkiləri” ilə bağlı şikayət göndərmişdi. Buna görə onu iclasa dəvət ediblər:

“Mən iclasda qısa və konkret çıxış etdim. Bildirdim ki, Azərbaycan xalqı sizi də tanıyır, məni də. Bu iclasa gəlməyə də bilərdim. Gəldim ki, sizin gözünüzə baxım görüm heç vicdan əzabı çəkirsinizmi? Belə baxıram ki, bunlar bədbəxt adamlardır”.

Mehman Hüseynovun sözlərinə görə, MSK qismən də olsa şikayətini təmin edib:

“Namizəd olduğum dairənin bəzi məntəqələrinin nəticələri ləğv olundu. Saxtakarlıq edən bəzi məntəqə sədrlərini, komissiya üzvlərini cəzalandırıb, onları işsiz qoyublar. Amma bu qərar məni qane etmir. Bizim tələbimiz odur ki, həmin dairənin yekun nəticələri ləğv olunsun və səslərin sayılması yenidən keçirilsin! Mən MSK-nın iclasında bildirdim ki, bəzi məntəqlərin nəticələrinin ləğv olunması, məntəqə sədrlərinin cəzalandırılması mənə lazım deyil. Mən bu işin sonuna çıxacağam”.

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Mehman Hüseynov namizədliyini 31 saylı Suraxanı ikinci Dairə Seçki Komissiyasından irəli sürmüşdü.

Seçkidən sonra MSK seçkilərdə 1627064 nəfərin səs verdiyini, seçici fəallığının 32.72 faiz olduğunu qeyd etmişdi.

Bir sıra müxalif partiyalar bu seçkilərə qatılmayıb. Onlar azad və ədalətli seçkilər üçün lazımı şəraitin olmadığını bildiriblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/iknnva

Ən çox baxılan