Mənbə: Meydan TV

“Məhkumların 80%-i ailələrinin gətirdiyi sovqatla qidalanır”

“Məhkumların 80%-i ailələrinin gətirdiyi sovqatla qidalanır”

Avropa Şurasının məhbus əhali sayı barədə son hesabatına görə, Azərbaycan məhbuslara ən az vəsait xərcləyən ölkələrdən biridir. Azərbaycanda məhbuslara günlük xərc olaraq 5,9 avro, təxminən 12 manat xərclənir. Rusiya bir məhbusa gündəlik olaraq 2,8 avro, Gürcüstan 12,6 avro, Ermənistan isə 18,8 avro xərcləyir.

Məhkumların gündəlik ərzaq normaları Nazirlər Kabinetinin 154 nömrəli qərarı ilə təsdiq olunub. Qərara əsasən, məhkumların gündəlik qida rasionuna 1-ci və 2-ci növ buğda unundan çörək, müxtəlif yarmalar , makaron məmulatı, ət, balıq, piy, marqarin, bitki yağı, şəkər tozu, quru çay, duz həftədə 2 ədəd yumurta və s. daxildir.

Keçmiş siyasi məhbus kimi tanınan Rüfət Səfərov hesab edir ki, ayrılan pulun təkcə 50 faizi məhbusa xərclənsəydi, vəziyyət bu qədər acınacaqlı olmazdı.

Rüfət Səfərov deyir ki, yeməkxanada məhkumların təxminən 20 faizi dövlət tərəfindən yararlanır, yerdə qalan 80 faiz məhkum isə ailələrinin gətirdiyi sovqatla qidalanır.

Özü, atası, həyat yoldaşı keçmiş siyasi məhbus kimi tanınan Nigar Həzi bildirir ki, həbsxanalarda insanın zəruri ehtiyacları belə qarşılanmır. O deyir ki, bu illər ərzində ailəsi hər həftə həbsxanaya sovqat aparıb və bu onlara həftəlik minimum 400 manata başa gəlib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/b9exud

Ən çox baxılan